"Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü (Prezident sarayı, 24 fevral 1996-cı il)" sənədinə tarixi arayış


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Sovet İttifaqı ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib.

Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalar idi. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb.

Azərbaycan Respublikası Milli Məclisinin 1996-cü il 24 fevral tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan edilib. Məhz Heydər Əliyev Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verilməsinə nail olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.64