Hörmətli cənab prezident!
Yəmən Respublikasının milli bayramı - Birlik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında mövcud ənənələrə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri daim genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 22 may 2003-cü il.