Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçin Baş naziri zati-aliləri cənab Yens Stoltenberqə təbriki - Bakı şəhəri, 12 may 2001-ci il


Hörmətli cənab Baş nazir!

Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və dost Norveç xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında gündən-günə genişlənməkdə olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimizin hərtərəfli inkişafı xalqlarımızın və ölkələrimizin rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa