Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - 25 oktyabr 2003-cü il


Hörmətli cənab prezident!

Əziz dostum və qardaşım!

Türkiyə Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və qardaş Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, Atatürk ideallarına sadiq qalan Türkiyə bu gün dünya birliyində böyük nüfuz sahibinə çevrilmişdir.

Əminəm ki, xalqlarımızın sarsılmaz dostluğundan, yenilməz iradəsindən güc alan Azərbaycan-Türkiyə birliyi əbədi yaşayacaqdır.

Hörmətli cənab prezident!

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 oktyabr 2003-cü il.