Türkiyə Respublikasının Prezidenti Zati-Aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 22 may 2000-ci il


Hörmətli cənab prezident!

Türkiyənin Qara dəniz sahillərində baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan təlafatı barədə xəbər məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 may 2000-ci il.