Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının məliki Fəhd bin Əbdüləziz al Səuda məktubu - Bakı şəhəri, 15 aprel 2003-cü il
Əlahəzrət!
Qardaşınız Məcid bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu ağır itki ilə əlaqədar Sizə və bütün ailənizə dərin hüznlə başsağlığı verirəm.