Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə - Bakı şəhəri, 22 oktyabr 2002-ci il


Hörmətli cənab prezident!

Milli bayramınız - Respublika günü münasibətilə Sizi və dost Qazaxıstanxalqını ürəkdən təbrik edirəm.

Bu gün Qazaxıstan dövlətçiliyin möhkəmləndirilməsi, demokratik dəyişikliklərin həyata keçirilməsi və dünya birliyinə inteqrasiya yolu ilə inamla gedir.

Əminəm ki, Azərbaycanla Qazaxıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə, regionda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Qazaxıstan xalqına firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 oktyabr 2002-ci il.