İrlandiyanın Prezidenti zati-aliləri xanım Meri Makalisə - Bakı şəhəri, 22 fevral 2003-cü il


Hörmətli xanım prezident!

Ölkənizin milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı qarşılıqlı surətdə faydalı əməkdaşlığımız üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 22 fevral 2003-cü il.

Tarixi arayış