Hörmətli cənab prezident!
Cibuti Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və dost Cibuti xalqına səmimi təbriklərimi yetirir, sülh və əmin-amanlıq arzulayıram.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri getdikcə genişlənərək, xalqlarımızın rifahının yaxşılaşmasına, ölkələrimizin tərəqqisinə xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
“Azərbaycan” qəzeti, 28 iyun 2000-ci il