Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Hüsni Mübarəkə başsağlığı məktubu - Bakı şəhəri, 20 fevral 2002-ci il


Hörmətli cənab Prezident!

Qahirə şəhəri yaxınlığında sərnişin qatarında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.