Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı cənab Hüseyn Kıvrıkoğluna - Bakı şəhəri, 17 may 2001-ci il


Hörmətli cənab Hüseyn Kıvrıkoğlu!

Malatya üzərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciəli hadisə ilə əlaqədar dərdinizə şərik çıxıram, Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 may 2002-ci il.