Hörmətli Emoməli Şaripoviç!
Tacikistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Tacikistan xalqını ürəkdən təbrik edirəm.
Tacikistan müstəqilliyin çətin yollarından keçərək bu gün siyasi sabitliyə, iqtisadi yüksəlişə, demokratik dəyişikliklərə nail olmuşdur.
Əminəm ki, Azərbaycan ilə Tacikistan arasındakı çoxəsrlik tarixi ənənələri olan dostluq və əməkdaşlıq münasibətləri bu gün yeni məzmun kəsb edərək xalqlarımızın mənafeyi, regionumuzda sülh və təhlükəsizlik naminə daim inkişaf edəcəkdir.
Hörmətli Emoməli Şaripoviç! Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 1 sentyabr 2003-cü il.
Azərbaycan - Müstəqil Dövlətlər Birliyi
Azərbaycan - Tacikistan münasibətləri