Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 26 oktyabr 2002-ci il


Hörmətli cənab prezident!

Türkiyə Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və bütün Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Biz dünya birliyində layiqli yer tutmuş qardaş Türkiyənin uğurlarına sevinir, ölkənizin beynəlxalq nüfuzunun gündən-günə artmasından fərəh hissi keçiririk.

Xalqlarımızın tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyəyə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 oktyabr 2002-ci il.