Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri zati-aliləri cənab Aliya İzzetbeqoviçə - 1 mart 2000-ci il


Hörmətli cənab sədr!

Bosniya və Herseqovinanın Müstəqillik günü bayramı münasibətilə Sizi və ölkənizin dost xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Cənab sədr, Sizə möhkəm cansağlığı, səadət və uğurlar, ölkənizə sülh, tərəqqi və əmin-amanlıq arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

“Azərbaycan” qəzeti, 2 mart  2000-ci il

Tarixi arayış