Hörmətli xanım general-qubernator!
Kanadanın milli bayramı münasibətilə Sizi və bütün Kanada xalqını ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunam. Ümidvaram ki, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 29 iyun 2002-ci il.