Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 29 iyun 2002-ci il


Hörmətli cənab prezident!

Əziz dostum!

Futbol üzrə dünya çempionatında Türkiyə milli yığma komandasının uğurla çıxış edərək bürünc medal qazanması münasibətilə Sizi və bütün qardaş türk xalqını ürəkdən təbrik edirəm.

Türkiyə yığma komandasının bu qələbəsindən duydunuz sevinc payını Sizinlə bölüşərək böyük şərəf, fərəh və qürur hissi keçiririk.

Çempionatın bütün oyunlarını yüksək qələbə əzmi ilə keçirmiş Türkiyə futbolçularına ən səmimi təbriklərimizi yetirir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 iyun 2002-ci il.