Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova - Bakı şəhəri, 27 avqust 1999-cu il


Hörmətli cənab prezident!

Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və qardaş özbək xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycanla Özbəkistan arasındakı sıx və qarşılıqlı surətdə faydalı əməkdaşlıq, xalqlarımızın ənənəvi xeyirxah, dostluq münasibətləri ölkələrimizin çiçəklənməsi, regionda sülh, sabitlik və tərəqqi naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün özbək xalqına firavanlıq və tərəqqi arzulayıram. 

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti