Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Mozambik Respublikasının Prezidenti Joakim Çissano ilə görüşdəki söhbətdən - Davos, 29 yanvar 2000-ci il


Joakim Çissano: Xoş gördük Sizi, cənab prezident. Sizinlə yenidən görüşməyimdən şad olduğumu bildirirəm. Mən Sizin Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışarkən Sovet İttifaqının ali nümayəndə heyətinin başçısı kimi Mozambikə səfərinizi çox gözəl xatırlayıram. Mozambik xalqının çətin günlərində Sizin bu xalqa göstərdiyiniz köməyi heç vaxt unutmayacaq və bunu həmişə minnətdarlıq hissi ilə xatırlayacağam. Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsinə Mozambik böyük əhəmiyyət verir.

Heydər Əliyev: Cənab prezident, Sovet İttifaqı nümayəndə heyətinin başçısı kimi, Mozambikə səfərim və o vaxt xarici işlər naziri olan Sizinlə görüşlərimi məmnuniyyətlə xatırlayıram. Azərbaycan ilə Mozambik arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi olduqca vacibdir. Mən bilirəm ki, Mozambikdəki ictimai-siyasi vəziyyət artıq sabitləşmişdir. O vaxtlar ölkədə siyasi proseslər çox mürəkkəb idi.

Joakim Çissano: Sizin gözəl yaddaşınız var, cənab prezident. Mozambikin siyasətçiləri, ölkənin həyatında baş vermiş siyasi proseslər barədə belə dərin biliyə maliksiniz. Uzun müddət davam etmiş vətəndaş müharibəsindən sonra bizim ölkəmizdə böyük nailiyyətlər əldə olunmuşdur. Mən Sizi Mozambikdə görmək arzusundayam.

Heydər Əliyev: Mən Sizə beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm. Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Joakim Çissano: Dəvətinizi məmnuniyyətlə qəbul edirəm, cənab prezident.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış