Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçin kralı əlahəzrət V Haralda məktubu - Bakı şəhəri, 13 may 2003-cü il


Əlahəzrət!

Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan-Norveç əlaqələrinin inkişafından məmnunam.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 may 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa