Monqolustanın prezidenti Zati-Aliləri cənab Natsaqiyn Baqabandiyə - Bakı şəhəri, 8 iyul 2000-ci il


Hörmətli cənab prezident!

Monqolustanın milli bayramı – Xalq İnqilabı Günü münasibətilə Sizə və dost monqol xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə və Monqolustanın bütün vətəndaşlarına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Monqolustan arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmlənməsi xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Hörmətlə,

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 11 iyul  2000-ci il

 

 

 

Tarixi arayış

Azərbaycan - Asiya