Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Leyboristlər Partiyasının lideri zati-aliləri Entoni Bleyr cənablarına - Bakı şəhəri, 4 may 1997-ci il


Hörmətli cənab Bleyr!

Başçılıq etdiyiniz partiyanın Birləşmiş Krallıqda parlament seçkilərində qələbə qazanması ilə əlaqədar olaraq sizi təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında yaranmış dostluq münasibətləri və çoxcəhətli əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Qələbə münasibətilə sizi bir daha təbrik edirəm, sizə və sizin şəxsinizdə bütün Böyük Britaniya xalqına sülh, səadət və əminamanlıq arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.