Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 3 fevral 2002-ci il


Hörmətli cənab prezident!

Ölkənizdə baş vermiş təbii fəlakət - zəlzələ nəticəsində çoxsaylı insan tələfatının olması xəbəri məni kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə və həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 fevral 2002-ci il.