Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Banqladeş Xalq Respublikasının Prezidenti zati-aliləri cənab Şahabuddin Əhmədə təbriki - Bakı şəhəri, 18 mart 2001-ci il


Hörmətli cənab Prezident!

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Banqladeş xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı əlaqələrimiz daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya