Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti zati-aliləri xanım Çandrika Bandaranaike Kumaratunqaya - Bakı şəhəri, 7 fevral 2000-ci il


Hörmətli xanım prezident!

Şri-Lankanın milli bayramı - Müstəqillik günü münasibətilə sizi və dost Şri-Lanka xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Şri-Lanka Sosialist Demokratik Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.

Fürsətdən istifadə edib sizə möhkəm cansağlığı və səadət, xalqınıza sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 fevral 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya