Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Banqladeş Xalq Respublikasının Prezidenti zati-aliləri cənab Badruddoza Çouduriyə təbriki - Bakı şəhəri, 17 noyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Banqladeş Xalq Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya