Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Nikaraqua Respublikasının Prezidenti zati-aliləri cənab Enrike Bolanos Geyerə təbriki - Bakı şəhəri, 13 noyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Nikaraqua Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Nikaraqua Respublikası arasında təşəkkul tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nikaraqua xalqının rifahı naminə fəaliyyitinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT