Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Prezidenti cənab Devid Vudvorda təşəkkür məktubu - Bakı şəhəri, 9 fevral 2001-ci il


Hörmətli cənab Devid Vudvord!

Ölkəmizin Avropa Şurasına üzv qəbul olunması münasibətilə səmimi təbrikinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Sizə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin bütün əməkdaşlarına möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.