Ross Uilson: Cənab prezident, bir neçə mövzu ətrafında, Sizınlə danışmaq istəyirəm.
Elə bilirəm ki, 2002-ci ildə bizim gördüyümüz işləri iftixar hissi ilə xatırlamaq olar. Ümid edirəm ki, 2003-cü ildə də Sizinlə və başçılıq etdiyiniz hökumətlə vacib mövzular ətrafında fəaliyyətimizi uğurla davam etdirəcəyik.
Cənab prezident, bayram münasibətilə mən bir neçə günlüyə Amerika Bİrləşmiş Ştatlarına gedəcəyəm. Eyni zamanda, orada cənab Pauellə, cənab Armitacla və hökümətin digər yüksək vəzifəli şəxsləri ilə söhbətlərim də olacaqdır. Olar mənimlə görüşmək və öyrənmək istəyirlər ki, Azərbaycanda bizim gördüyümüz işlər nədən ibarətdir, başa çatmaqda olan 2002-ci ildə hansı işləri görmüşük və 2003-cü ildə hansı işləri görəcəyik. Eə bilirəm ki, 2002-ci ildə gördüyümüz işləri onlara izah etmək üçıin yaxşı əsaslar vardır. Enerji sahəsində əməkdaşlıgımızı oniara xüsusi fərəh hissi ilə bildirəcəyəm. Məlum olduğu kimi, bu əməkdaşlığın ən yüksək nöqtəsi sentyabrda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlini qoyduğumuz vaxt oldu. Bundan əlavə, biz bir sıra digər məsələləri də uğurla yerinə yetirdik. Mən ABŞ-ın yüksək vəzifəli şəxslərinə buradakı biznes mühiti haqqında da məlumat verəcəyəm. Bunu da böyük məmnuniyyətlə edəcəyəm. Sizin və başçılıq etdiyiniz hökumətin biznes mühitinin yaxşılaşması üçün gördüyünüz işlərdən söhbət açacağam. Yazda Sizin biznesmenlərlə olan görüşünüz haqqında məlumat verəcəyəm, avqust və sentyabr aylarında bu məsələ ilə əlaqədar imzaladığınız fərmanları onların nəzərinə çatdıracağam.
ABŞ hökumətinə həm də Sizin hökumətlə birgə apardığımız işiər haqqında da məlumat verəcəyəm. Bu, geniş səpkidə olan mövzuları - seçki ilə əlaqədar keçirdiyimiz müzakirələri, bizim əməkdaşlığımız, dini azadlıq və mətbuat azadlığı üzrə apardığımız işləri əhatə edəcəkdir.
Əlbəttə ki, söhbətin əsas hissəsini başqa bir movzu təşkil edəcəkdir. Bu sahədə biz bu yaxıniarda əməkdaşlığa başlamışıq. Mən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımızı nəzərdə tuturam. Bu, ölkələrimizin möhkəm əməkdaşlığıdır. Elə bilirəm ki, 2003-cü ildə bu sahədə əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.
Vaşinqtonda müzakirə edəcəyim digər mövzu yardım məsələsidir. Bu məsələ ətrafında biz 2002-ci ildə kifayət qədər görüşlər keçirmiş, söhbətlər etmişik. Mən Azərbaycanın müxtəlif qurumlarına, ən əsası isə, Müdafiə Nazirliyinə ediləcək yardımı nəzərdə tuturam. Burada oian ehtiyaclar haqqında dövlət rəsmılərinə söhbət açacağam. Bu, sərhədlərin möhkəmləndirilməsinə, cangüdənlərə daha çox təlimatlar keçilməsinə və terrorizmə qarşı mübarizənin gücləndirilməsinə ediləcək yardımlardır.
Eyni zamanda, xəzinədarlıq rəsmiləri ilə də görüşlərim olacaqdır. Həmin görüşlər zamanı Azərbaycana lazım olan iqtisadi islahatların necə keçirilməsi barədə məsləhətlər alacağam.
Biz çox ümid edirik ki, 2003-cü ilin fevralında "Şahdəniz" layihəsinə sanksiya veriləcək, və daha sonra imkanımız olacaq ki, bu yataqdan çıxarılacaq Azərbaycan qazını Avropanın bazarlarına çatdıraq. Bu məsələ ətrafında səfir Stiv Mən ilə və iqtisadi məsələlərlə məşğul olan digər dövlət nümayəndəiəri ilə də sohbət edəcəyəm.
Cənab Armitacla və digər hökumət nümayəndələri ilə görüşlərımdə Amerika Birləşmiş Ştatlarının Azərbaycana demokratiya sahəsində nə cür yardım edəcəyi barədə müzakirələrim olacaqdır. Məlumdur ki, 2003-cü ildə demokratiya Azərbaycan üçün xüsusilə vacib məsələdir.
Gələn ilin payızında Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir.
Heç şübhəsiz ki, cənab Perina ilə də görüşüm olacaqdır. Bu görüş zamanı biz çalışacağıq ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və eləcə də, Minsk qrupunun gələcək fəaliyyətini müzakirə edək, bu qrupun həmsədrlərini bir araya gətirək və möhkəm əsas yaradaq ki, onda çıxış edərək, münaqişənin süh yolu ilə həllinə nai olaq.
Cənab prezident, gördüyünüz kimi, müzakirə ediləsi məsələlər bu dərəcədə çoxdur. Həmişə olduğu kimi, Amerika Bİrləşmiş Ştatlarına yola düşməzdən əvvəl mən istədim ki, sizinlə görüşüm. Çünki Sizin məsləhətlərinizə bizim ehtiyacımız vardır. Bu məsləhət həmişə mənə kömək edibdir.
Heydər Əliyev: Mənim salamlarımı, xoş arzularımı Kolin Pauelle Riçard Armitaca və digər şəxslərə çatdırın. Əgər onlardan da yüksək vəzifəli şəxslərlə görüşsəniz, hamısına salamlarımı çatdırın. İmkanınız olsa, prezident Buşa mənim salalmlarımı yetirin.
Mən arzu edirəm ki, 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının höküməti qarşısında qoyduğu vəzifələri uğurla həyata keçirə bilsin.
Bu səfər zamanı sizin görəcəyiniz işlər haqqında və bizim 2002-ci il, buradakı əməkdaşlığımız, Azərbaycanın əldə etdiyi nailiyyətiər barədə öz ölkənizdə, Vaşinqtonda verəcəyiniz məlumatlar bizim üçün çox maraqlıdır. Mən sizin proqramınızı dəstəkləyirəm və bu proqramınız çərçivəsində görəcəyiniz işlər, Azərbaycan haqqında verəcəyiniz məlumatları mənə çatdırdığınıza görə təşəkkür edirəm.
Həqiqətən, 2002-ci ildə bizim əməkdaşiığımız uğurlu oiub. Siz bir neçə sahəyə toxundunuz. Mən çox məmnunam ki, o sahələrdə əldə etdiyimiz nailiyyətləri bizim kimi qiymətləndirirsiniz. Bu, bizim üçün çox vacibdir. Çünki biz özümüz gördüyümüz işləri qiymətləndirə bilirik. Ancaq gördüyümüz işlər haqqında başqa ölkələr tərəfindən, xüsusilə Amerika Birləşmiş Ştatları tərəfindən, bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən deyilən yüksək fikirlər, təbiidir ki, bizi sevindirir və ruhlandırır. Burada qeyri-adi bir şey yoxdur. Görülən işlər haqqında, sadəcə, obyektiv fikir söylənilir. Mən onları bir daha sadalamaq istəmirəm, siz dediniz. Sadəcə, onu demək istəriyəm ki, indi 2002-ci ilin son günlərini yaşayırıq. 2002-ci ildə Azərbaycan dövlətinin gördüyü işləri, xalqımızın keçdiyi yolu Azərbaycanın prezidenti kimi mən müstəqilliyin möhkəmləndirilməsində, Azərbaycanın iqtisadiyyatının inkişafında və xarici siyasətinin həyata keçiriiməsində yeni böyük addım hesab edirəm.
Bütün əvvəlki illərdən fərqli olaraq, 2002-ci ildə yəqin ki, 907-ci duzəlişin qüvvəsi dayandırıldığına, yaxud da ümumiyyətiə, münasibətfərimizdə daha da irəliyə getdiyimizə görə, əvvəlki illərə nisbətən Amerika Birləşmiş Ştatlarının Azərbaycana yardımı çox olmuşdur. Xüsusən, siz dediyiniz kimi, Sərhəd Qoşunlarına edilən yardımı, bütün sahələrdə göstərilən köməyi yüksək qiymətləndirirəm. Ancaq düşünürəm ki, 2003-cü ildə biz çox irəli getməliyik. Antiterror fəaliyyətində, yəni beynəlxalq terrorizmlə mübarizədə, demək olar ki, 2002-ci il sınaq dövrü oldu. Çünki 2001-ci il sentyabrın 11-də baş vermiş dəhşətli hadisə bizim hamımızdan beynəlxalq terrorizmlə mübarizəyə çox ciddi surətdə qoşulmağı tələb etdi. Biz bunu imkanlarımız çərçivəsiındə etdik. Hesab edirəm ki, bu, əməkaaşhğımızın əsas hissəiərindən biri olubdur.
Siz doğru qeyd etdiniz, Bakı-Tbilisi-Ceyhan layihəsi artıq realdır və fevral ayında "Şahdəniz" yatağındakı qazın istifadə olunması haqqında, həqiqətən ciddi tədbirlər göruləcəkdir. Beləliklə, biz Xəzərin neft və qaz ehtiyatlarının Qərbə ixrac olunması ilə əlaqədar 1994-cü ildən başladığımız işlərin nəticəsini görurük.
Təəssüflər olsun ki, biz bir sahədə istədiyimizə nail olmamışıq. Bu da 2002-ci ildə Minsk qrupu başçılarının, yəni həmsədrlərınin numayəndələri ilə apardığımız danışıqiar, göruşlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində işlərdir. Mən çox məmnunam ki, siz cənab Perina ilə görüşub söhbət edəcəksiniz. Cənab Perinanın son dəfə verdiyi bəyanat burada, Azərbaycanda müəyyən müsbət fikirlər də oyatdı. Ancaq muəyyən şübhələr də yaratdı.
Bilirəm ki jurnalistlər bu barədə sizdən soruşublar, sizə suallar veriblər. Bununla bağlı verdiyiniz açıqlamalardan mən razıyam. Onlar obyektiv xarakter daşıyır. Amma orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin digər münaqişədən fərqlənməsi, bunun həllinə digər münaqişələrin həll edilməsi qədər münasibət göstərilməsi barədə fikrin olmaması bizdə bir qədər anlaşılmazlıq yaradıbdır. Mən bu məsələyə toxunmaq istəmirdim. Çünki bu məsələ ilə əlaqədar bizim xarici işiər naziri məktub hazırlayıbdır. Ancaq indi sizinlə söhbət edərkən, bütün bu məsələlər haqqında danışarkən buna toxunmasaydım, elə düşünülə bilərdi ki, guya mənim bu barədə fikrim yoxdur. Mən ona görə bunu sizə deyirəm. Amma istəmirəm bu məsələni biz müzakirə edək. Bu barədə biz öz fikrimizi bildirəcəyik.
Amma bir də deyirəm, Azərbaycan prezidenti olaraq şəxsən mən həm öz xalqıma görə, həm ölkəmə, respublikama görə, həm də ABŞ-Azərbaycan əlaqələrinə görə 2002-ci ili böyük məmnuniyyət hissi ilə yola salıram. Burada sizin bildirdiyiniz fikirlər məndə daha böyük ümid yaradır ki, 2003-ci ildə Amerika Birləşmiş Ştatları - Azərbaycan əlaqələri daha da sürətlə, daha da uğurla inkişaf edəcəkdir.
Səfir Ross Uilson söylədiyi fikirlərinə görə dövlətimizin başçısına təşəkkür edərək dedi ki, elə bilirəm, onların əksəriyyəti ilə hər ikimiz razıyıq.
Əlbəttə ki, Sizin salamlarınızı həm cənab Pauelə, həm də cənab Armitaca yetirəcəyəm. Bü ilin yanvar ayında mən Amerika Birləşmiş Ştatlarında olarkən xoşbəxtlikdən, prezident Buşla görüşdüm. Əlbəttə heç də həmişə belə omur. Bilmirəm, bu dəfə onu görmək mümkün olacaq, ya yox. Hər halda çalışacağam ki, onu görə bilsəm, Sizin salamlarınızı yetirim, görməsəm də, kiminsə vasitəsilə salamlarınızı ona çatdırım.
Heydər Əliyev: Bu çox gözəl olar. Təşəkkür edirəm.