Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Dövlət Naziri Abdulhaluk Mehmet Çayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 23 avqust 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, dostlar!

Adətən bizim görüşlərimiz işlər üçün olur, sevincli hadisələr üçün olur. Bugünkü görüşümüz isə kədərli bir hadisə ilə bağlıdır. Azərbaycanın keçmiş cümhur başkanı Əbülfəz Elçibəy dünən Ankarada vəfat etdi. Bu, sizi də kədərləndiribdir, bizi də kədərləndiribdir.

Əbülfəz Elçibəyin sağalmasını təmin etmək üçün Türkiyədə uzun müddət çox sayğılar, diqqət, qayğı göstərilmişdir. Məlumdur ki, onun müalicəsi çox yüksək səviyyədə həyata keçirilmişdir. Müalicəsi ilk vaxtlarda dövlət xəstəxanasında, sonra isə Türkiyənin ən yüksək tibb mərkəzi olan Türkiyə Hərbi Tibb Akademiyasının Gülhanə xəstəxanasında aparılmışdır. Ancaq təəssüflər olsun ki, həm həkimlərin, həm sizin, həm də bizim bu barədə cəhdlərimiz öz nəticəsini vermədi və Əbülfəz Elçibəy vəfat etdi.

İnsan həyatı belədir ki, bəzən bütün dünya da yığışsın, hansısa bir xəstəliyin qarşısını ala bilmir. Amma iş orasındadır ki, xəstəliyin qarşısını almaq üçün nə qədər mübarizə aparılıbdır, nə qədər işlər görülübdür. Biz özümüzə onunla təskinlik verə bilərik ki, sizin tərəfinizdən, Türkiyə Cümhuriyyəti, Türkiyə hökuməti tərəfindən Əbülfəz Elçibəyin xəstəlikdən xilas olması üçün, onun sağalması üçün əlinizdən gələni etmisiniz.

Mən də bir dəfə xəstə oldum, Türkiyəyə gəldim. Müalicə etdilər, qayıtdım gəldim. Bu, hər bir insan üçün ola bilər, hər bir insanın başına gələ bilər. Ancaq, yenə də deyirəm, siz, Türkiyə Cümhuriyyəti hökuməti və Türkiyənin doktorları, həkimləri əlindən gələni ediblər, lakin istənilən nəticə alınmayıbdır, onun xilas etmək mümkün olmayıbdır.

Dünən mən bu xəbəri eşidən kimi, səhərdən dərhal həm Azərbaycanda lazımi tədbirlər görülməsi ilə məşğul oldum, həm də ki, Türkiyə Cümhuriyyətinin prezidenti, cümhur başkanı hörmətli Əhməd Necdət Sezər ilə telefon əlaqəsinə girdim. Türkiyə Cümhuriyyətinin baş naziri hörmətli Bülənd Ecevit ilə bir neçə dəfə telefonla danışdım. Mənim dərhal belə bir fikrim var idi. Mən burada xüsusi təyyarə hazırlamışdım ki, təcili onu göndərək. Ancaq hörmətli Baş nazir Bülənd Ecevit mənə dedi ki, Siz bundan narahat olmayın, hər bir məsələni burada lazımi səviyyədə təşkil edəcəyik, onun cənazəsinin öz vətəninə gətirilməsini təmin eləcəyik. Ona görə də dünən biz bu məsələni izləmişik, bununla məşğul olmuşuq və təşəkkür edirəm ki, siz də onun cənazəsi ilə bərabər Azərbaycana gəlmisiniz.

Mən dünən dərhal bu işlə məşğul olarkən, – hər ölkənin öz qanun-qaydaları var, – bizim adət-ənənəmiz, qanun-qaydamız belədir ki, yüksək səviyyəli, yəni dəyərli insanlar, böyük dövlət, siyasət adamları vəfat edəndə onların haqqında xüsusi qərar qəbul olunur, onların dəfn edilməsi yeri müəyyən olunur, xüsusi komissiya yaradılır. Bunlara görə də mən dərhal bizim Təhlükəsizlik Şurasını, yəni Güvənlik Şurasını topladım, öz fikirlərimi bəyan etdim. Azərbaycanın sabiq prezidenti kimi, Əbülfəz Elçibəyin təbiidir ki, yüksək səviyyədə dəfn mərasimi keçirilməlidir. Bizim də ən yüksək səviyyəmiz odur ki, Azərbaycanda hələ 70-80 il bündan öncə xüsusi qəbiristanlıq var, ona Fəxri xiyaban deyirlər, orada Azərbaycanın ən görkəmli adamları dəfn olunur. Qərar verdim ki, dəfn orada keçirilsin. Azərbaycan Elmlər Akademiyası bizim ən mötəbər elm mərkəzimizdir. Oranın böyük salonu vardır və Azərbaycanın görkəmli alimləri, akademikləri, professorları, yəni ancaq ən görkəmliləri ilə adətən o salonda vidalaşma mərasimi keçirilir. Bunun haqqında da əmr verdim. Qərar verdim ki, dəfnin bütün xərcləri Azərbaycan hökumətinin üzərinə götürülsün. Dəfni təşkil etmək üçün xüsusi komissiya yaratdıq. Komissiyanın tərkibi sizə məlumdur. Onun sədri, yəni başkanı bizim Milli Məclisin sədridir. Orada xarici işlər naziri də, Bakı şəhərinin valisi də və başqa yüksək vəzifəli şəxslər də vardır. Eyni zamanda, Xalq Cəbhəsindən Əbülfəz Elçibəyin silahdaşları, onun müavinləri də bu komissiyanın tərkibindədir.

Bunları etməzdən əvvəl və bunu edərkən mən televiziya ilə bütün Azərbaycana – burada Türkiyənin də televiziya kanalları var idi, – bəyan etdim. Həm onun vəfatı ilə əlaqədar başsağlığı verdim, həm də qəbul etdiyim qərarların hamısını elan etdim. Onları da biz həyata keçiririk. Dünən siz onun cənazəsini gətirəndə, bizim yaratdığımız komissiya üzvlərinin hamısı orada sizi qarşılayırdı – Məclisin sədri və başqaları. Ondan sonra mərhumun evinə gediblər. Bu gün səhərdən də onun evindədirlər. Yəni Əbülfəz Elçibəy keçmiş cümhur başkanı kimi yüksək dövlət səviyyəsində dəfn edilir.

Mən Türkiyə Cümhuriyyətinə, Türkiyə hökumətinə, Türkiyə dövlətinə, xüsusən Türkiyənin prezidenti hörmətli Əhməd Necdət Sezərə, Türkiyənin Baş naziri hörmətli Bülənd Ecevitə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hörmətli Hüseyn Kıvrıkoğluna və sizlərə, dövlət nazirlərinə, nazirlərə, millət vəkillərinə – hamınıza bu kədərli hadisə münasibətilə, Əbülfəz Elçibəyin həm müalicə olunması, həm də o vəfat edəndən sonra cənazəsinin lazımi səviyyədə Azərbaycana göndərilməsi ilə əlaqədar gördüyünüz işlərə görə bir daha təşəkkür edirəm. Eyni zamanda mən bunu təbii hesab edirəm. Çünki Türkiyə – Azərbaycan dostluğu, qardaşlığı məhz elə səviyyədədir ki, bunu başqa cür təsəvvür etmək mümkün deyildir. Ancaq hər halda hər bir hadisə  özünün qiymətini almalıdır. Ona görə də mən təşəkkürlərimi bildirirəm.

Əbülfəz Elçibəy bu gün yüksək səviyyədə Fəxri xiyabanda dəfn olunacaqdır. Mən xalqımıza da başsağlığı verirəm, sizə də başsağlığı verirəm. Əbülfəz Elçibəyin ailəsinə, yaxınlarına, əqrəbalarına başsağlığı verirəm. Başınız sağ olsun!

Abdulhaluk Mehmet Çay: Hörmətli cümhur başkanım!

Rəhmətlik Əbülfəz Elçibəyin vəfatı ilə əlaqədar Bakıda olduğumuz bu müddətdə bizi qəbul etdiyiniz üçün zati-alinizə təşəkkür etməyi özümüzə bir borc bilirik.

1918-ci ildəki milli demokratik Azərbaycan cümhuriyyətini yaşadanlardan biri kimi, rəhmətlik Elçibəy 1990-cı illərdə ilk demokratik yol ilə cümhur başkanlığına gələn və Azərbaycanda Sizin davam etdirdiyiniz demokratiyanın inkişafına dəstək verən önəmli liderlərdən biri idi. O, bütün türk dünyasında sevilən, qəlbi türklük üçün döyünən və Türkiyə sevgisini, Atatürk sevgisini yaşadığını bizim yaxından gördüyümüz bir insan idi. Onun vəfat etməsinə görə azərbaycanlı qardaşlarımız qədər, sizlər qədər bizlər də üzgünük.

Hörmətli cümhur başkanımızın dediyi kimi, türk millətinin, azərbaycanlı qardaşlarımızın başı sağ olsun! Rəhmətliyə Allahdan qəni-qəni rəhmət diləyirik.

Bu vəsilə ilə, hörmətli cümhur başkanımın qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq heç bir gücün yıxa bilməyəcəyi dərəcədə qüvvətlidir. Bunun təməlləri çox dərinliyə enmişdir. Hörmətli liderlərimizin hər zaman bildirdikləri kimi, biz eyni kökdən gələn bir millətik, amma iki ayrı dövlətik. Dövlət olaraq bir-birimizin daxili işlərinə qarışmamağa və qardaşlıq içərisində siyasi münasibətlərimizi inkişaf etdirməyə çalışırıq və bizim yaxşı əlaqələrimiz vardır. Türkiyə üçün Azərbaycan Qafqazda güvənilən bir dost, müttəfiq və Qafqazda sülhün təminatçısıdır. Həmçinin Bakı–Ceyhan boru xəttini yalnız Azərbaycanın deyil, Orta Asiya türk cümhuriyyətlərinin də inkişafına təminat yarada bilən bir boru xətti kimi qəbul edirik. Bu xəttin Türkiyə üçün çox böyük mənfəəti olmayacaqdır. Düzdür, bir çox ehtiyaclarımızı ödəyəcəkdir. Amma biz Kərkük–Yumurtalıq boru xəttindən də istifadə etməliyik. Belə bir xətdən istifadə etmək mümkündür. Ancaq Türkiyənin əsas önəm verdiyi Bakı–Ceyhan xətti Gürcüstanın, Azərbaycanın və Orta Asiya türk cümhuriyyətlərinin inkişafının təminatçısı ola bilən və Qərblə inteqrasiya edə biləcək çox önəmli strateji bir layihədir. Hörmətli cümhur başkanlarımızın, liderlərimizin xidmətləri ilə bu xəttin sürətlə həyata keçirildiyini bildirmək istəyirəm.

Qarabağ məsələsində Türkiyənin baxışı fərqli deyildir. Tarixçi olduğum üçün söyləyirəm, – Qarabağda ermənilərin heç bir haqqı yoxdur. Çünki ermənilər oranın qonağıdır, oraya sonradan gəlmişlər. 1828-ci ildə Türkmənçay müqaviləsi ilə İrandan, 1829-cu ildə Ədirnə müqaviləsi ilə Türkiyədən süni olaraq gətirilən ermənilərin hesabına ermənilər orada məskunlaşıblar. Qarabağ bir türk yurdudur. Qarabağla bağlı Azərbaycan türkünün istəyi xaricində olan hər hansı bir çözümü Türkiyənin qəbul etməsi heç cür məmkün deyildir. Bunu biz Türkiyə olaraq, zati-alinizə təkrar söyləməkdən məmnunluq duyuruq.

Hörmətli cümhur başkanım!

Bu vəsilə ilə, bir il yarımdır qurulmuş 57-ci hökumətin türk cümhuriyyətləri ilə bağlı işlərlə məşğul olan naziri kimi, bəzi məsələləri zati-alinizə ərz etmək istəyirəm. Ötən on il içərisində türk cümhuriyyətləri arasındakı əlaqələrin müsbət və mənfi yönlərini, yəni yol verilmiş bəzi səhvləri, – burada Türkiyənin, digər türk cümhuriyyətlərinin səhvi nədir, siyasətçilərimizin səhvi nədir, - bunları müzakirə etmək üçün son bir ildə çoxlu görüşlər keçirdik. İnşallah, önümüzdəki illərdə hökumətimiz tərəfindən bu sahədə bir çox işlər davam etdiriləcəkdir və bu, türk cümhuriyyətlərinin yüksəlməsinə, gücləndirilməsinə, möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, demokratiyanın güclənməsinə xidmət edəcəkdir. Biz Azərbaycana gəlib zati-alinizə bu sahədə vaxtlı-vaxtında məlumat verməyi özümüzə borc bilirik. Bu baxımdan Türkiyə, 57-ci hökumətimiz yeni dönəmdə türk cümhuriyyətləri ilə daha sıx iş birliyi qurmaq niyyətindədir. Baş nazirimiz hörmətli Bülənd Ecevit, baş nazirin müavini hörmətli Dövlət Baxçalı ziyarətinizə gələcəklər. Zənn edirəm ki, yeni bir dövr başlanacaqdır. Bu yeni dövrdə keçmişdəki səhvləri düzəldəcək, birbirimizi daha yaxşı sevəcək bir siyasət aparmaq fikrindəyik.

Hörmətli cümhur başkanım!

Burada iştirak edənlər arasında mən Azərbaycana nazir kimi ən çox gələnlərdənəm. Zati-alinizlə bir çox görüşlər keçirmək imkanı qazanmışam. Mənə göstərdiyiniz nəzakətə görə Sizə təşəkkür edirəm. Bizim türk cümhuriyyətlərində bir sıxıntımız vardır. Zati-alinizin icazəsi ilə onu xatırlatmaq istəyirəm və bunu deməyi özümə borc bilirəm. Son siyasi hadisələr çərçivəsində başqa dövlətlərin təşviqi ilə Türkiyənin iş adamlarına qarşı bir xoşagəlməzlik kimi yanaşmalar vardır. Yəni bunu təkcə Azərbaycan üçün söyləmirəm. Digər türk cümhuriyyətlərində – Qazaxıstanda da, Türkmənistanda da, Özbəkistanda da, Qırğızıstanda da bu münasibətin acı nəticələrini görürük.

Hörmətli cümhur başkanım, əlaqələrimizlə bağlı bir təlimat verməyiniz yerinə düşərdi. Biz qanunlara sadiqik, buradakı qanunlara hörmətlə yanaşırıq. Azərbaycanda Azərbaycanın qanunları işləməlidir. Buraya gələn – iş adamı olsun, dövlət adamı olsun, məmur olsun – buradakı qanunlara hörmətlə yanaşmalıdır. Biz sizin bu sahədə qanunlarınıza diqqətliyik. Amma burada çalışan iş adamlarımıza, yəni türk iş adamlarına qarşı mənfi işlərin qarşısının alınması sahəsində zati-alinizin bir fərman imzalamasını arzu edərdik. Bizi qəbul etdiyinizə, göstərdiyiniz nəzakətə görə, hörmətli cümhur başkanım, – mən hörmətli cümhur başkanım deyirəm, Siz bizim də cümhur başkanımızsınız, – Sizə çox təşəkkür edirik. Sizlərə təkrar başsağlığı verirəm. İnsanlar fanidir, dövlətlər əbədidir və dövlət hər bir insanın göstərdiyi xidmətlərlə dirçəlir.

Rəhmətlik Əbülfəz Elçibəyə Allahdan rəhmət dilərkən, sizlərə bir daha başsağlığı verirəm. Biz hər zaman əmrlərinizi yerinə yetirməyə hazır olduğumuzu bildiririk. Bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Türkiyə–Azərbaycan dostluğunun kökləri çox dərindir. Azərbaycan–Türkiyə əlaqələri Qafqazda, bütün dünyada çox qısqanclıq, rahatsızlıq yaradıb. Bu gün səhər mən Moskvada çıxan bir qəzetə baxırdım. Orada bu barədə bir məqalə vardır. Belə məqalələri hər gün yazırlar. Çünki böyük bir qorxu yaranıbdır. Baxmayaraq ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyon azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılıb, çadırlarda yaşayır, erməni lobbisi çox güclü olduğuna görə dünya ictimaiyyətində həm Azərbaycana, həm də Türkiyəyə qarşı çox böyük təbliğat aparır. Siz bunları yaxşı bilirsiniz. İndi bir çox ölkələrin qəzetlərində, xüsusən Moskva qəzetlərində çox rahatsızlıq hissi ilə yazırlar ki, Qafqazda, xüsusən Azərbaycanda Rusiyanın və Amerikanın maraqları toqquşur, ziddiyyətdədir, bu işdən udan Türkiyədir. Bu, böyük bir məqalədir, mən ona çox vaxt sərf etmək istəmirəm. Türkiyənin böyük elçisi Moskva qəzetlərinə baxırsa, – əgər baxmırsa, baxmağı məsləhət görürəm, çünki son vaxtlar bu barədə təbliğat çox genişlənibdir, – bunları görür. Amma bu, təkcə bizə qarşı deyil. Həmin təbliğat həm bizə, həm də Türkiyəyə qarşıdır. Bizim bu dərin köklərimiz, qardaşlığımız həmişə – keçmişdə də, Azərbaycan müstəqillik əldə edəndən sonra da – bəzi dairələr tərəfindən rahatsızlıqla qarşılanır. Ona görə də gərək biz daha sıx əməkdaşlıq edək. Təbiidir ki, Azərbaycan topaqlarının hamısı Azərbaycana məxsusdur. Hətta indii Ermənistan ərazisində olan torpaqların da böyük bir qismi Azərbaycana məxsusdur. Zəngəzur tamamilə Azərbaycan torpağıdır. Vaxtilə orada yaşayanların tam əksəriyyəti, çoxu azərbaycanlılar olublar. Amma Sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildə Sovet İttifaqına daxil olan cümhuriyyətlərin sərhədləri qurulanda belə bölüblər, Azərbaycan torpaqlarının bir qismini Ermənistana veriblər. Dağlıq Qarabağda da bir muxtar, yəni özəl vilayət yaradaraq, gələcəkdə Azərbaycanı partlatmaq üçün onu oraya bir bomba kimi qoyublar.

Siz bunu bilməlisiniz, tarixçisiniz, gərək biləsiniz, – sovet dövründə uzun illər Dağlıq Qarabağı Ermənistana bağlamaq istədilər. Mən vaxtilə 14 il Azərbaycana rəhbərlik etmişəm. O dövrdə də, ondan əvvəl də çox vaxt, dəfələrlə Ermənistan millətçiləri, ekstremistləri Moskva qarşısında təkliflər qaldırıblar, oraya yazılar göndəriblər ki, «Dağlıq Qarabağ Ermənistanındır, orada ermənilər çoxluq təşkil edir, o, Ermənistana bağlı olmalıdır». Biz o vaxt bunların qarşısını almışıq. Şəxsən mən özümə şərəf hesab edirəm ki, Azərbaycana 14 il başçılıq edəndə bu məsələnin qarşısını bir neçə dəfə almışam. 1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyası, ana yasası yaranırdı. Bilirsiniz ki, Sovetlər İttifaqının ilk Konstitusiyası 1936-cı ildə yaranmışdı, ona «Stalin Konstitusiyası» deyirdilər. Amma 1977-ci ildə ölkədə hakimiyyət dəyişdiyinə, müəyyən dəyişikliklər olduğuna görə yeni bir Konstitusiya, ana yasası yaratmaq prosesi başlandı və bununla əlaqədar böyük bir komissiya yaradıldı. Həmin komissiyanın başında Sovetlər Birliyinin o vaxtkı rəhbəri Brejnev dururdu. Mən də bu komissiyanın üzvü idim. Biz ayda bir dəfə toplaşırdıq, gələn təklifləri müzakirə edirdik. Bir neçə dəfə təkliflər gəldi ki, «Dağlıq Qarabağı Ermənistana vermək lazımdır». Bunu həm Ermənistanda, həm Dağlıq Qarabağda bəziləri, həm də – Moskvada ermənilər çoxdur – onlar etmişdilər.

Bizim dərdimiz bundan ibarətdir ki, Türkiyənin də lobbisi hələ çox zəifdir. Mən bir çox ölkələrin timsalında bunu deyə bilərəm. Amma Azərbaycanın heç lobbisi olmayıbdır. Çünki əvvəllər Azərbaycan müstəqil dövlət deyildi.

Mən o vaxt gördüm ki, Konstitusiya komissiyasında çoxları bu qərarı qəbul etmək istəyirdilər. Mən bir dəfə, iki dəfə böyük etiraz etdim. Sonra isə gedib Brejnevlə bu məsələ barədə iki-üç dəfə baş-başa danışdım ki, siz nə edirsiniz? Əgər belə olsa, onda biz Sovetlər İttifaqının tərkibindən çıxırıq. Mən bu gün bunu bəyan edirəm. Bax, bu cür cəsarətli addımlarla biz bunların qarşısını aldıq. 1982-ci ilin sonunda məni buradan Moskvaya böyük bir işə apardılar. Mən oraya gedərkən buradakılara biriki məsləhət verdim. Dedim, birinci məsələ odur ki, Dağlıq Qarabağ problemini hər gün diqqətinizdə saxlayın. Çünki Azərbaycana qarşı ola biləcək ən təhlükəli hal budur. Doğrudur, bir neçə il burada mənim həmin məsləhətlərimə baxdılar, amma get-gedə unutdular. 1988-ci ildə Sovetlər İttifaqında müəyyən proseslər getdi, ermənilər bundan istifadə etdilər.

İş burasındadır ki, mən də tarixçiyəm. Amma mən tarixçidən çox siyasətçiyəm. Çünki mənim həyatım 18-19 yaşımdan siyasətlə bağlı olubdur. 1988-ci ildə bu məsələ başlandı. Mən 1987-ci ildə Siyasi Büronun üzvü idim. O dövrdə bu məsələ Siyasi Büroda qalxanda mən onun qarşısını alırdım. Sovetlər Birliyinin tarixində mən Siyasi Büronun üzvü olan ilk azərbaycanlı, türk idim. Ondan əvvəl heç kəs olmamışdır. İndi bəziləri deyirlər ki, Heydər Əliyev kommunist, Siyasi Büronun üzvü olubdur. Sizə açıq deyirəm, mən bununla fəxr edirəm. Nə üçün fəxr edirəm? Çünki bir var ki, türk gəlib Azərbaycanda, yaxud türk gəlib Türkiyədə otursun, bir də var ki, türk gəlsin, dünyanın ən böyük imperiyalarından birinin başında otursun. O, gedib orada türk dilini dəyişmir, türk, azərbaycanlı olaraq qalır, ancaq öz millətinin mənafeyini qoruyur. Mən də orada millətimin mənafeyini beş ildən çox qorudum. Amma sonra mən anladım, son illər orada mənim işim çətinləşmişdi. Nə üçün? Qorbaçov hakimiyyətə gələndə biz ona kömək etdik. Ama sonra mən gördüm ki, müsəlman, türk xalqlarına münasibət dəyişir. Əvvəllər də bu məsələdə ikili standart var idi. Məsələn, Sovetlər İttifaqının tərkibində 15 cümhuriyyət var idi. Müsəlman, türk cümhuriyyətlərinə münasibət bir cür idi, amma o birilərinə münasibət daha yaxşı idi. Biz bunları yaşamımıq. Mən bunların hamısını yaşamışam və həmişə də bunlarla mübarizə aparmışam. Yenə də deyirəm, ikili standart həmişə olubdur, amma xüsusən Qorbaçovun vaxtında müsəlman, türk ölkələrinə qarşı daha da gücləndi. Ona görə də mən onunla konfliktə getdim. Yəni qovğa etmək istəmirdim, mən bu məsələlərə etiraz etdim. Onlar anladılar ki, Siyasi Büro üzvlərinin hamısı öz millətlərindəndir, «içimizdə bir nəfər adam bizə mane olur». Ona görə onlar da istəmədilər, mən də istəmədim. Mən istefaya getdim. Amma onu bilin, mən istefaya gedəndən 25 gün sonra ermənilər Fransanın «Humanite» qəzetində bəyanat verdilər ki, «Qorbaçovla razılaşdırılıbdır, Dağlıq Qarabağ Azərbaycandan alınıb Ermənistana verilir».

O zaman mən heç bir vəzifədə yox idim. Sizin ölkədə indii bir nəfər millət vəkili bu gün millət vəkilidir, sabah yox, amma o, siyasətdə var. Yaxud, bir nəfər bu gün baş bakandır, sabah yox, amma yenə də siyasətlə məşğul olur. Cümhur başka0nı da belə. Amma Sovetlər Birliyində, kommunist rejimində elə idi ki, sən o böyük yerdən getdin – daha yoxsan, hər şeydən məhrumsan. Ona görə də o vaxt bu məsələ qalxanda çox çalışdım ki, Qorbaçovla, başqaları ilə görüşüm, onlara anladım ki, siz bu xalqları fəlakətə aparırsınız. Amma təsəvvür edin, 20-25 il bir yerdə işlədiyimiz adamların heç birisi ilə görüşə bilmədim. Mən heç onlarla telefonla da danışa bilmədim. Sonra da ədalətsizlik oldu. Həm Azərbaycanın rəhbərləri respublikanı idarə edə bilmədilər, həm də, təbiidir ki, həmişə olduğu kimi, ermənilərə daha çox yardım etdilər, nəinki azərbaycanlılara. Bütün bunlar hamısı bu hadisələrə gətirib çıxardı.

Bilirsiniz ki, altı ildir atəşkəs yaratmışıq, məsələni sülh yolu ilə həll etmək istəyirik. Türkiyə Minsk qrupunun üzvüdür. Bilirsiniz ki, mən son vaxtlar Ermənistan prezidenti ilə də bir neçə dəfə görüşmüşəm. Amma bu, asan məsələ deyil. Nə üçün? Çünki onlar torpaqlarımızı işğal ediblər, ona görə də öz şərtlərini diqtə edirlər, bizim şərtlərimizi qəbul etmirlər. Gərək ortada bir hakim olsun, desin ki, bu şərt ədalətlidir, bu şərt ədalətsizdir. Bu da dünyada yoxdur.

Onu da bilin ki, bizim mübarizəmiz davam edəcəkdir. Azərbaycanın torpaq bütövlüyü tam bərpa ediləcək, ölkəmizin suverenliyi təmin olunacaq və Azərbaycan inkişaf edəcəkdir. Siz görürsünüz ki, Azərbaycan son illər inkişaf edir.

Siz Bakı–Ceyhan əsas ixrac neft kəməri barədə danışdınız. 1994-cü ilin sentyabr ayında biz ilk müqavilə bağladıq və həmin müqavilədə Bakı–Ceyhan əsas ixrac kəmərinin yaradılması nəzərdə tutulmuşdu. Amma altı il lazım oldu ki, Bakı–Ceyhan neft kəmərini gətirib bu mərhələyə çatdıraq. Keçən ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşündə son sənədi imzaladıq. Həmin sənədə Amerika prezidenti Bill Klinton da imza atdı. Ondan sonra Türkiyə də, Azərbaycan da Gürcüstan da həmin sənədi öz parlamentlərində təsdiq etdilər. İndi o vaxtdan altı, yeddi, səkkiz ay keçib. İndii bu işləri də aparmaq o qədər asan deyildir. Biz bu sahədə də çox çalışırıq. Çünki bu işə yenə də mane olmaq istəyənlər var. Yəni indii boru kəmərinin inşasına başlamaq lazımdır. Bunun kommersiya şərtləri vardır. Mən indii bunu açmaq istəmirəm, – buna mane olanlar vardır. Mən bu işlə hər gün məşğul oluram.

Təbiidir ki, bu, tarixi bir hadisədir. Çünki həm Azərbaycandakı, həm də Orta Asiyanın bir sıra ölkələrindəki yataqlardan hasil ediləcək neftin Gürcüstandan, Türkiyədən keçərək Aralıq dənizinə getməsi böyük bir hadisədir. Bu, bizim üçün, bu işdə çalışan dünyanın böyük şirkətləri üçün lazımdır. Bu kəmərin Türkiyədən keçməsinin demək olmaz ki, Türkiyəyə xeyri yoxdur. Türkiyə və bir sıra ölkələr bundan pul götürəcəklər. Amma bu, əsas deyildir. Əsas odur ki, bu kəmərin xalqlarımızın təhlükəsizliyi və bir sıra digər məsələlər üçün böyük əhəmiyyəti vardır. Güman edirəm, bir halda ki, 5-6 il bu mübarizəni davam etdirib həmin işi bu səviyyəyə çatdırmışıq, indən sonra da bunu edəcəyik.

Türkiyənin iş adamları Azərbaycanda çalışırlar. Azərbaycanda heç bir ölkədən Türkiyənin iş adamları qədər iş adamları yoxdur. Türkiyənin böyük elçisi bir dəfə mənə dedi ki, Azərbaycanda beş min türkiyəli iş adamı vardır. Onlar ölkəmizdə iş görürlər və görəcəklər. Əsas iş odur ki, biz Azərbaycanın neft yataqlarının birgə işlənilməsinə dair imzalanmış müqavilələrdə Türkiyəyə böyük yer verdik. 1994-cü ilin ilk neft müqaviləsində Türkiyənin 1,75 faiz payı vardı. Müqavilə imzalanandan sonra mən Azərbaycanın hissəsindən 5 faiz Türkiyəyə verdim. Başqa ölkələrdən mənim əleyhimə qalxdılar ki, nə üçün bunu Türkiyəyə verirsiniz? Biz həmin hissəni Türkiyəyə verdik və onun payı 6,75 faiz oldu. Ondan sonra yeni müqavilələr imzalandı. Yeni açdığımız «Şahdəniz» yatağında böyük qaz ehtiyatları vardır. Mən bu yatağın imkanlarını bilirdim, ona görə də Türkiyəni həmin müqaviləyə saldım. Türkiyə oradan 10 faiz hissə götürdü. İndii gərək ki, Türkiyənin Azərbaycandakı bütün müqavilələr üzrə payı 36 faizdir. Bu da az deyil.

Bilirsiniz ki, dünyanın ən böyük şirkəti olan Amerikanın «Eksson» şirkəti hər yerdə neft çıxarır. Yaxud, «Şevron», «Bi-Pi». «Bi-Pi» Amerikanın iki şirkətini – «AMOKO» və «Arko» şirkətlərini alıb əlinə keçirdi. Amma Türkiyənin «Türk petrolları» şirkəti kiçik bir şirkətdir. Mən onu gətirib bu böyük şirkətlərin səviyyəsinə qaldırdım. Başa düşürsünüz? Bu, ən böyük hadisədir. Bilirsiniz, iş adamının gəlib burada bir ticarət, yaxud fabrik yaratması da önəmlidir. Amma bu işlərin isə ən azı 100 il gəliri və əhəmiyyəti vardır. Eyni zamanda, bu sahədə həm Azərbaycanın, həm də Türkiyənin və başqa ölkələrin iş adamlarının işləməsi üçün problemlər də vardır. Bu problemlər bir tərəfdən təbiidir. Çünki biz keçid dövrünü yaşayırıq. Amma digər tərəfdən də ayrı-ayrı məmurların, təşkilatların – demək istəmirəm ki, bu işə mane olurlar – bəziləri mane olmaq, bəziləri şəxsi fayda göütrmək istəyirlər. Bu, sizin üçün də məlum olan bir məsələdir. Belə problemlər var, amma onları da həll edəcəyik. Siz bunların heç birindən narahat olmayın. Türkiyə ilə Azərbaycanın əlaqələri Azərbaycan üçün birinci yerdədir. Mən belə başa düşdüm ki, Siz türkdilli ölkələr üzrə dövlət nazirisiniz. Bu sahədə işləmək lazımdır. Türkdilli ölkələrin dövlət başçılarının son dəfə zirvə görüşü Bakıda oldu və qərar qəbul etdik ki, bundan sonrakı toplantı İstanbulda keçirilsin. Bakıda ilk dəfə müzakirə etdik ki, 1992-ci ildən bizim bu təşkilat var, amma onun daimi katibliyi, yəni bir qərargahı yoxdur. Burada bu barədə qərar qəbul olundu. Həmin qərarı mən təklif etdim. Təkliflər verildi ki, bu qərargah Bakıda, Daşkənddə olsun. Mən dedim ki, gərək bu, İçtanbulda olsun. Çünki bu işlərin hamısının başında Türkiyə durur. Sizə deyim, əgər Türkiyə bundan sonra diqqət yetirməsə, bu işlər zəifləyə bilər. Bu sahədə Azərbaycanın mövqeyi məlumdur. Amma siz çalışın ki, başqa ölkələri də fəallaşdırasınız.

Abdulhaluk Mehmet Çay: Hörmətli cümhur başkanı, Siz haqlısınız, onun daimi qərargahı olmalıdır. Bunun üçün türkdilli cümhuriyyətlər arasında parlament birliyinin yaradılması mütləq lazımdır. Yəni türkdilli ölkələrin dövlət başçılarının birliyindən əlavə, parlament birliyinin də olması vacibdir. Zənn edirəm ki, bu, ikitərəfli əlaqələrimizdə daha çox fayda verəcəkdir. Mən məclis başkanımız hörmətli Yıldırım Akbulutla bu barədə söhbət etmişəm. Yaxın günlərdə onların belə bir təşəbbüsü olacaqdır.

Heydər Əliyev: Hər halda təşəbbüs çox vaxt sizdən olmalıdır.

Qədri Ecvet Tezcan (Türkiyənin Azərbaycandakı səfiri): Cənab Prezident, icazənizlə, hörmətli cümhur başkanımız Əhməd Necdət Sezərin nümayəndəsi Tacan İldem onun başsağlığını Sizə çatdırmaq istəyir. Eyni zamanda, İlhan Yıtıbaşoğlu xarici işlər nazirinin adından Sizə başsağlığı vermək istəyir.

Tacan İldem (Türkiyə prezidentinin nümayəndəsi, səfir): Cənab Prezident, cümhur başkanımız hörmətli Əhməd Necdət Sezər zati-alinizə hörmət və ehtiramını çatdırmağı mənə tapşırmışdır. Mən bunu söyləməkdən çox məmnunluq duyuram. Cümhur başkanımız eyni zamanda, Əbülfəz Elçibəyin vəfatı ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verməyi məndən xahiş edibdir.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Hörmətli cümhur başkanı Əhməd Necdət Sezərlə telefonla danışmışam. Onun adından mənə bir daha başsağlığı verdiyinizə görə təşəkkür edirəm.

İlhan Yıtıbaşoğlu (Türkiyənin Xarici İşlər nazirinin nümayəndəsi, səfir): Hörmətli prezident, xarici işlər naziri İsmayıl Cəm bu kədərli gününüzdə Sizə başsağlığı verməyi mənə həvalə etmişdir. O, özü buraya gəlməyi çox istəyirdi. Amma bu gün cənab Yasir Ərəfatla görüşü olduğuna görə gələ bilmədi. Öz adımdan və nazirimizin adından Əbülfəz Elçibəyin vəfatı ilə əlaqədar duyduğumuz kədəri Sizinlə bölüşməyi özümüzə borc bilirik.

Heydər Əliyev: Təşəkkür edirəm. 

Siz bilirsiniz ki, Azərbaycan 70 il sovet quruluşu sistemində olubdur. Sovetlər İttifaqında səhiyyə xidməti

pulsuz idi. Hər il xeyli xəstəxanalar, poliklinikalar tikilirdi. Mən 1970-ci illərdə və 1980-ci illərin birinci

yarısında Azərbaycana rəhbərlik etmişəm. İndi Azərbaycanda mövcud olan xəstəxanaların və tibb ocaqlarının böyük əksəriyyəti o dövrdə tikilibdir.

Mən Moskvada Baş nazirin birinci müavini işlədiyim zaman bütün Sovetlər İttifaqının səhiyyəsinə rəhbərlik etmişəm. Xatirimdədir, biz dövlət büdcəsindən səhiyyəyə böyük miqdarda vəsait ayırırdıq. O vaxtdan sonra yeni bir şey az tikilir, səhiyyəyə ayrılan vəsait azdır. İnsanlara pulsuz səhiyyə xidməti göstərmək, dərman vermək imkanları azalıbdır. Bəzi xəstəxanalarda əhaliyə pullu xidmət göstərilir. Amma bu azdır. Biz sovet sistemindən imtina etdik, o dağıldı. Amma indi yeni bir sistem qurmaq lazımdır. Bunun üçün isə çətinliklər vardır. Amma mən sizə bildirmək istəyirəm ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Cenevrədə yerləşən Dünya Səhiyyə Təşkilatının üzvüdür. Norveçin keçmiş Baş naziri xanım Brutland həmin təşkilata sədrlik edir. Onların hesablamasına görə, son illər Azərbaycanda bir çox xəstəliklərin qarşısı alınıbdır.

Məsələn, ölkəmizdə uşaqlar arasında poliomielit xəstəliyi tamamilə aradan götürülübdur. Vərəm xəstəliyi ilə çox ciddi mübarizə aparılır və belə xəstələrin sayı azalıbdır. Hər halda, biz xeyli iş görmüşük və bu sahəyə diqqəti ilbəil artırırıq.

P a u l a  K o k k o n e n: Cənab Prezident, biz bu gün vaxtınızı çox aldıq. Burada səhiyyədən danışırıqsa, dərk edirəm ki, Sizə bir az istirahət etmək imkanı verməliyik. Çünki bu gün çoxlu görüşlər keçirirsiniz. Amma icazə verin, bu cənab Sizə sonuncu sualı versin.

H e l m u t R a u b e r (nümayəndə heyətinin üzvü): Cənab Prezident, Siz sabahkı seçkilərdən hansı nəticələr gözləyirsiniz?

H e y d ə r Ə l i y e v: Dövlət başçısı, prezident kimi, mən bu seçkiləri Azərbaycanın həyatında və müstəqil Azərbaycanın tarixində çox əhəmiyyətli bir mərhələ hesab edirəm. Biz 9 il bundan öncə dövlət müstəqilliyimizi bəyan etmişik. Bu 9 ilin birinci illəri çox ağır, çətin illər olubdur. Ermənistanla müharibə gedirdi, Azərbaycanın daxilində qanunsuz silahlı dəstələr tüğyan edirdi, hakimiyyət uğrunda silahlı mübarizə aparılırdı. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandı. Məhz o vaxt xalq məni Bakıya dəvət etdi. Xalq mənə müraciət etdi ki, bu ağır vəziyyətdə öz üzərimə məsuliyyət götürüm.

Mən bunu etməyə məcbur oldum. Ona görə yox ki, mənə vəzifə lazım idi. Mən vaxtilə uzun illər vəzifədə olmuşdum və çox işlər də görmüşdüm. Azərbaycanda, Bakıda mənim əsərlərimi – zavodları, fabrikləri, yaşayış evlərini, xəstəxanaları, məktəbləri, universitetləri, bunları saymaqla qurtarmaq olmaz – hər yerdə görə bilərsiniz. Azərbaycana ikinci dəfə rəhbərlik etməyə həvəsim yox idi. Ancaq xalqın o ağır vəziyyəti məcbur etdi ki, mən bu məsuliyyəti üzərimə götürüm. 1993-cü ildən 1995-ci ilə qədər mənim vaxtım ancaq müharibəni dayandırmağa, ölkənin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməyə həsr olundu.

1995-ci ilin noyabr ayında biz ilk demokratik Konstitusiyamızı qəbul etdik və parlamentimizə seçkilər keçirdik. Bu, demokratiyanın inkişafı üçün böyük bir mərhələ idi. Son beş ildə parlamentimiz çox məhsuldar işləyibdir, 900-dən çox qanun qəbul edibdir. İndi biz qanunlarla, müstəqil, demokratik ölkənin qanunları ilə yaşayırıq. Sovet hökumətinin qanunları ilə yox.

İndi yeni parlament seçkiləri gəlir. Bu, bütün xalqımız, dövlətimiz, Azərbaycan prezidenti kimi mənim üçün çox əhəmiyyətli bir mərhələdir. Bu, demokratiyanın inkişaf etdirilməsi üçün böyük bir mərhələdir. Ona görə də mən bunu bizim üçün böyük bir hadisə hesab edirəm.

P a u l a  K o k k o n e n: Cənab Prezident, bizə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Arzu edirik ki, Sizin bütün arzularınız həyata keçsin.

H e y d ə r  Ə l i y e v: Mən sizin familiyanızı siyahıda oxuyanda Finlandiyanın keçmiş prezidenti Urho

Kekkonen yadıma düşdü. Bəlkə siz onun qohumusunuz?

P a u l a  K o k k o n e n: Onun familiyası Kekkonen idi, mənim familiyam isə Kokkonendir. Mən bu sualla tez-tez rastlaşıram. Amma deyim ki, yaxşı mənada bu mənim həyatımı asanlaşdırır. Yəni insanlar mənim familiyamı asan yadda saxlayırlar.

H e y d ə r  Ə l i y e v: O mənim dostum idi. Azərbaycanda ziyarətdə olmuşdu, biz onunla görüşlər keçirmişdik. O çox müdrik insan idi, ona görə də yadıma saldım.

P a u l a  K o k k o n e n: Cənab Prezident, çox sağ olun.

H e y d ə r  Ə l i y e v: Sağ olun. Mən də sizə təşəkkür edirəm, zəhmət çəkib Azərbaycana gəlmisiniz. Ümidvaram ki, siz bu seçkilərdə ədalətli müşahidə aparacaq və öz raportlarınızla bizi sevindirəcəksiniz.

P a u l a  K o k k o n e n: Əlimizdən gələni edəcəyik.

H e y d ə r  Ə l i y e v: Sağ olun.