Hörmətli cənab prezident!
Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Misir arasında ənənəvi əlaqələrin genişlənməsindən məmnunam.
Əminəm ki, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 23 iyul 2003-cü il.