Türkiyə Resplblikasının Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - Bakı şəhəri, 28 oktyabr 1998-ci il


Hörmətli cənab prezident! 

Əziz dostum, qardaşım!

Türkiyə Respublikasının Milli bayramı - Respublika élan olunmasının 75 illiyi münasibətilə Sizi və qardaş türk xalqını səmimi qəlbdən təbrik edirəm.

Türk dünyasının öndəri, böyük Mustafa Kamal Atatürkün 75 il öncə Osmanlı İmperiyasının dağıntıları üzərində qurduğu və ucaltdığı Türkiyə Cümhuriyyəti təkcə türk xalqının deyil, həm də bəşəriyyət tarixinin ən şanlı və önəmli bir hadisəsi olmuşdur.

Türkiyə Respublikası keçən illərdə böyük öndərin yolu ilə irəliləyərək, cəsur və qəhrəman türk xalqının gərgin əməyi, ardıcıl və yenilməz səyi nəticəsində sürətlə inkişaf etmiş, dünyanın ən qabaqcıl ölkələri sırasına qoşulmuşdur. Şərq ilə Qərbin sintezini özündə yaşadan qardaş türk xalqı həm üz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamış, həm də dünyanın ən mütərəqqi və ümumbəşəri dəyərlərindən, qabaqcıl texnologiyalarından bəhrələnib yüksək inkişaf etmiş, qüdrətli bir dövlət yaratmışdır. Cümhuriyyət dövründə keçilən 75 illik şərəfli tarixi yol böyük türk xalqına insan hüquqlarının, vicdan, din, söz azadlığının bərqərar olduğu demokratik vətəndaş cəmiyyəti, dünyanın ən inkişaf etmiş dölətləri səviyyəsinə qalxmış dünyəvi və hüquqi dövlət bəxş etmişdir. Türkiyənin bu günü bizi çox sevindirir və böyük iftixar hissi doğurur.

Sizin keçdiyiniz bu möhtəşəm, şərəfli yol, qazandığınız təcrübə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük örnəkdir. Eyni mədəniyyətə, milli-mənəvi dəyərlərə və adət-ənənələrə malik olan xalqlarımız tarixən bir yerdə olduqları kimi indi də, gələcəkdə də birgə addımlayacaq, böyük Atatürkün sözləri ilə desək, sevincimiz də, kədərimiz də bir olacaqdır.

Əziz dostum!

Bu şanlı bayram günü Sizin Türkiyə Cümhuriyyətinin inkişafında əvəzsiz xidmətinizi məmnuniyyətlə qeyd edirəm. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində və regionda sülhün yaranmasında Siz böyük xidmətlər göstərirsiniz. Əmin olduğumu bildirirəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında uğurla inkişaf edən dostluq əlaqələri və işbirliyi bundan sonra daha da möhkəmlənəcək, xalqlarımızın rifahına, əmin-amanlığına, regionda sülhün və sabitliyin mühkəmlənməsinə xidmət edəcəkdir. Bu əziz gündə sizə və qardaş türk xalqına səadət və xoşbəxtiik arzulayır, Türkiyə dövlətinin bundan sonrakı inkişafı və tərəqqisi yolunda uöüurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.