Danimarka kraliçası Ülyahəzrət II Marqreteyə - Bakı şəhəri, 11 aprel 2002-ci il


Ülyahəzrət!

Danimarka Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və bütün Danimarka xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında təşəkkül tapmaqda olan əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 16 aprel 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa