Hörmətli cənab baş nazir!
İsveç Krallığının milli bayramı - İsveç bayrağı günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, dost ölkələrimiz arasında qarşılıqlı münasibətlərin genişləndirilməsi üçün göstərdiyimiz səylər, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza isə - sülh və rifah arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 6 iyun 2003-cü il.