Koreya Respublikasının prezidenti zati-aliləri cənab Kim de Çjuna - Bakı şəhəri, 16 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Dünyada sülhün möhkəmləndirilməsi sahəsində xidmətlərinizə görə Nobel sülh mükafatına layiq görülməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 oktyabr 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış