Belçikanın kralı əlahəzrət II Albertə - Bakı şəhəri, 19 iyul 2002-ci il


Əlahəzrət!

Belçika Krallığının milli bayramı - Kralın Andiçmə günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Belçika arasında yaranmış dostluq münasibətləri daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 21 iyul 2002-ci il.