Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Pərviz Müşərrəfə təbriki - Bakı şəhəri, 21 iyun 2001-ci il


Hörmətli cənab Prezident!

Pakistan İslam Respublikasının prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Pakistan arasında təşəkkül tapmış möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dost Pakistan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya