Azərbaycan Prezidenti Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasında xüsusi cərrahiyyə şöbəsinin ayrı-ayrı palatalarında müalicə olunan zabit və əsgərlərlə görüşdə söhbəti - Ankara, 2 noyabr 1999-cu il


Mete Kurt  (Terrorçulara qarşı mübarizədə qıçlarını itirən əlil): Hörmətli cümhur başqanım, xoş gəldiniz! Bizi yad etdiyinizə görə təşəkkürümüzü bildiririk. Mən Sizə üzərində böyük öndərimiz Mustafa Kamal Atatürkün şəkli olan bu hədiyyəni vermək istəyirəm. Yaralanan bütün qazilər adından bu kiçik ərməğanınızı xatirə olaraq qəbul edin.

Heydər Əliyev:  Сох sağ olun. Mənim üçün çox dəyərli hədiyyədir. Dünən mən Mustafa Kamal Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı aldım. Bu, mənim üçün iftixar hissidir. Bu gün də Anıtqəbirdə oldum, Atatürkün qəbrini ziyarət etdim. Bu hədiyyəni də səndən qəbul etmək mənim üçün çox önəmlidir. Çox təşəkkür edirəm.

Mən sənin kimi qazilərin hamısına hörmətimi, ehtiramımı, sevgimi, məhəbbətimi bildirirəm. Mustafa Kamal Atatürkün bütün silahdaşları qazilər idilər. Əgər о qazilər olmasaydı Türkiyə Cümhuriyyəti yaranmazdı, bugünkü Türkiyə olmazdı və türk xalqı Bu qədər xoşbəxt olmazdı. Siz isə indi Türkiyə Cümhuriyyətini parçalamaq, dağıtmaq istəyənlərin qarşısını almaq üçün əsgər olaraq xidmət göstərmisiniz və canınızın bir qismini itirmisiniz. Amma siz qəhrəman, yəni qazi kimi bu gün də varsınız.

Bəli, о vaxt da şəhidlər çox olubdur. Mustafa Kamal Atatürkün dəstəsindən də şəhidlər çox olubdur. Sonrakı dövrlərdə də çox olubdur. Bu gün də şəhidlər vardır. Şəhidlər hamısı qazidir və siz hamınız qazisiniz. Sizin kimi qazilərin hesabına qəhrəman türk ordusu yaşayır, Atatürkün qurduğu türk ordusu yaşayır. Bu, bütün türk dünyası üçün böyük bir dayaqdır, böyük bir dəstəkdir. Biz hamımız bununla fəxr edirik ki, belə bir Türkiyə var, Mustafa Kamal Atatürk Cümhuriyyəti var, Mustafa Kamal Atatürk ordusu var və bu ordunun sizin kimi qəhrəmanları, qaziləri vardır.

Mən sizə cansağlığı, səadət arzulayıram. Ümid edirəm ki, bundan sonra da Türkiyə xalqı yolunda öz xidmətlərinizi göstərəcəksiniz. Sənə bir hədiyyə vermək istəyirəm. Ola bilər ki, lazım olsun. Bu, bizim milli palazımızdır. Bunu evində bir уегə qoyarsan və xatırlayarsan. Təşəkkür edirəm.

Heydər Əliyev burada müalicə olunan Samin Altınopa yaxınlaşır: Mən gəldim səni ziyarət edim. Sənə türk xalqının yolunda, Türkiyə Cümhuriyyətinin yolunda, böyük qazi Mustafa Kamal Atatürkün yolunda göstərdiyin xidmətlərə görə öz hörmət və ehtiramımı, sevgimi, məhəbbətimi bildirirəm.

Samin Altınop:  Hörmətli cümhur başqaının, bu işləri görmək türk gənci olaraq bizim borcumuzdur. Sizə çox təşəkkür edirəm.

Heydər Əliyev: Sən borcunu qəhrəmanlıqla yerinə yetirdin, qazi oldun və Türkiyənin bu günü üçün də, gələcəyi üçün də canından da кеçməуə hazır oldun. Ona görə sənin xidmətlərin Türkiyədə heç vaxt unudulmayacaqdır. Mən də Azərbaycan Prezidenti olaraq sənin kimi türk əsgərlərini həmişə qəlbimdə saxlayacağam. Mənim bu kiçik hədiyyəmi qəbul etməyi rica edirəm.

Heydər Əliyev daha sonra yaralı gənc Hüseyn Umitə yaxınlaşır. Mən səni ziyarət etdim ki, sənə bu qaziliyinə, qəhrəmanlığına görə təşəkkürümü bildirim. Sən türk gəncinin, türk əsgərinin ən gözəl örnəyisən, nümunəsən. Sənin kimi insanlar, sənin kimi gənclər, qazilər, qəhrəmanlar Türkiyəni 76 ildə böyük Türkiyə ediblər. Sənin kimi qəhrəmanlar bu gün Türkiyəni parçalanmaqdan, PKK-dan, digər terroristlərdən qoruyurlar. Sənin xidmətlərin böyükdür. Sən yaralanmısan, zərər çəkmişəm. Amma vətənin yolunda, xalqının yolunda. Vətən yolunda şəhid olan, canını verən, yaralanan xoşbəxt insandır. Sən də onlardansan. Mən səni bu böyük xidmətlərinə görə təbrik edirəm, sənə cansağlığı arzu edirəm, Allahdan şəfa diləyirəm. Əminəm ki, sən bundan sonra da türk xalqına, Cümhuriyyətinə, Atatürk Türkiyənə xidmət edəcəksən. Məndən sənə хаtirə olaraq hədiyyə vеrirəm.

Heydər Əliyev müalicə alan Кənап Karakuş ilə görüşür: Fəxr edirəm ki, sənin kimi qəhrəman insanlarla görüşürəm. Sən türk gənclərinin gözəl bir nümunəsən, türk əsgərinin gözəl bir örnəуisən. Sən qəhrəmanlığınla, qaziliyinlə bir daha nümayiş etdirmisən ki, türk türkdür. Türk həmişə öz vətənini sevir, öz torpağını sevir, öz bayrağını sevir və vətən yolunda, torpaq yolunda həmişə şəhid olmağa hazır olubdur. Sən vuruşmusan, yaralanmısan, хəsarət almsan. Allah yaranı tezliklə sağaltsın. Sənə Allahdan şəfa diləyirəm. Sənin kimi əsgərlər, gənclər Türkiyəni bundan sonra daha da irəliyə aparacaqlar. Bu hədiyyəmi də qəbul et. Evinizdə lazım olar.

Heydər Əliyev yaralı döyüşçü Əliosman Öztürkə müraciət edir: - Sən çox gəncsən. Neçə yaşın var?

Əliosman Öztürk: Hörmətli prezident, 30 yaşım var.

Heydər Əliyev: Çox gəncsən. Amma nə qədər qəhrəmansan. Qazi olmusan. Bu, ən böyük şərəfdir. Sənin kimi insanlar, gənclər Türkiyəni həmişə təxribatdan, terroristlərdən qoruyur, Türkiyə Cümhuriyyətini sülh yolu ilə irəliyə doğru aparır. Mən səni qaziliyinə, qəhrəmanlığına görə səmimi təbrik edirəm. Səndə olan qüdrət, mənəvi güc sənə imkan veribdir ki, vuruşasan. Zərər də çəkmisən, qazi olmusan. Xalqın, millətin sənə hörməti həmişə olacaqdır. Mən də Azərbaycanın prezidenti kimi sənə hörmət və ehtiramımı, sevgi və məhəbbətimi bildirirəm. Bu hədiyyəni də məndən qəbul et.

Heydər Əliyev daha sonra Niyami Özcana baş çəkir. Sən mütləq yeriyəcəksən. Bu qəhrəman oğlandır, kişidir, qazidir və Türkiyənin qazilərindən biridir. Türkiyədə həmişə qazilər olubdur. Əgər qazilər olmasaydı Türkiyə Türkiyə olmazdı, Türkiyə yaşamazdı. Mustafa Kamal Atatürk qazi olaraq Türkiyəni xarici düşmənlərdən, parçalanmaqdan qurtardı və Türkiyəni inkişaf yoluna qoydu. Ona görə də Türkiyənin sabahı üçün Mustafa Kamal Atatürkün yolunda vuruşmaq, şəhid olmaq şərəfdir. Güman edirəm ki, sənin bu müalicən bitəcəkdir, уеnə də çalışacaqsan və türk xalqına, millətinə xidmət edəcəksən.

Niyami Özcan: Çox sağ olun, hörmətli cümhur başqanım! İnşallah, siz də məqsədinizə çatacaqsınız. Mən dünən Sizin çıxışınızı dinlədim.

Heydər Əliyev: Televiziya vasitəsilə dinlədin? Necə idi?

Niyami Özcan:  Вəli, çox mükəmməl çıxış idi. Türkiyənin bir örnək olduğunu söylədiniz. İnşallah, siz də məqsədlərinizə çatacaqsınız. Biz sizinlə qürur duyuruq. Burada müalicə olunan qaziləri ziyarət etdiyinizə görə də sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Çox sağ ol. Təşəkkür edirəm. Bu hədiyyəmi qəbul etməyini rica edirəm.

Heydər Əliyev yaralı gənc Saleh Özürəyə müraciət edir: Sən çox gəncsən. Neçə yaşın var?

Saleh Özürək:  Hörmətli cümhur başqanım, 20 yaşım var.

Heydər Əliyev: Mən 20 yaşında qazi olmusan, qəhrəman olmusan. Türkiyənin qəhrəmanı, qazisi olmusan. Bu, böyük şərəfdir. Sənin kimi gənclər Türkiyəni yaşadıb və sənin kimi qəhrəmanlar, qazilər həmişə yaşadacaqlar. Mən Azərbaycanın cümhur başqanı olaraq sənə və sənin kimi insanlara ən böyük məhəbbətimi, sevgimi bildirirəm. Səni bu qəhrəmanlığına görə təbrik edirəm. Ümid edirəm ki, bundan sonra da Türkiyə Cümhuriyyətinə xidmət edəcəksən. Mən sənə bir hədiyyə vermək istəyirəm. Bu da mənim oğlumdur. О da səni təbrik etməyə gəlibdir. О da sənin kimi gəncdir. Azərbaycanda keçmişdə də, indi də həmişə palaz üzərində oturmuşuq. Bu hədiyyəmdən evində istifadə edərsən. Allah sənə şəfa versin.

Heydər Əliyev Tibb Akademiyasında müalicə olunan İlhan Türcələ müraciətlə: - Sənin neçə yaşın var?

İlhan Türcəl: Cənab prezident, 22 yaşım var.

Heydər Əliyev: Nişanlın var, yoxsa yox?

İlhan Türcəl: Xeyr, hələ subayam.

Heydər Əliyev: İnşallah, olacaqdır. Çox gözəl oğlansan, qəhrəmansan, qazisən. Sənin kimi qazinin, gözəl bir gəncin gözəl bir ailəsi, xanımı olacaqdır. Mən buna şübhə etmirəm. Çox məmnunam ki, səninlə görüşürəm. Sizin ziyarətinizə gəlmişəm. Sizin qaziliyiniz bizə də iftixar, qürur hissi gətirir. Çünki Türkiyə ilə Azərbaycan bir millətdir. Bizim millətin içindən olan hər bir qəhrəman əzizdir, qiymətlidir. Sən vətən, xalq yolunda vuruşmusan, qazi olmusan, zərər çəkmisən. Ancaq özünü yüksəltmisən. Şübhə yoxdur ki, sən gənc insan, vətəndaş kimi bundan sonra da Türkiyə Cümhuriyyətinin Mustafa Kamal Atatürk yolu ilə getməsinə yenidən xidmətlərini göstərəcəksən, ona sadiq olacaqsan. Sizin hamınızı Azərbaycana dəvət edirəm. Sağalandan sonra gəlin. Mən hamınızı, bütün qaziləri Azərbaycana dəvət edirəm və rica edirəm ki, mənim dəvətimi qəbul edəsiniz. Onlar tamamilə sağlam olub hərəkət etdikləri zaman gəlib Azərbaycanda istirahət etsinlər. Mən rica edirəm, bu dəvəti silahlı qüvvələr baş qərargahının rəisinə də deyəsiniz. Sizlərə də deyirəm və Allahdan hamınıza şəfa diləyirəm. Bu da mənim oğlumdur, о da gəncdir. Rica edirəm bu hədiyyəmi də qəbul edəsən.

Heydər Əliyev daha sonra gənc əsgər Müslüm Qəncərlə görüşür: - Sənin neçə yaşın var?

Müslüm Qəncər: Hörmətli prezident, 23 yaşım vardır.

Heydər Əliyev: Nişanlın varmı?

Müslüm Qəncər: Bəli, сənаb prezident.

Heydər Əliyev: Nişanlın gözəldirmi, onu sevirsənmi?

Müslüm Qəncər: Bəli, çox sevirəm. О da məni sevir.

Heydər Əliyev: Güman edirəm, sən qazi olandan sonra səni daha da çox sevəcəkdir. Çünki görəcək ki, onun ömür yoldaşı qəhrəmandır. Səni qaziliyinə, qəhrəmanlığına, Türkiyə qarşısındakı xidmətlərinə görə, Mustafa Kamal Atatürkün ordusunun əsgəri olduğuna görə təbrik edirəm. Sənə Allahdan şəfa diləyirəm. Ümidvaram ki, tezliklə sağalacaqsan. Mən sizin hamınızı burada müalicə olunanların hamısını Azərbaycana dəvət edirəm ki, gəlib ziyarət edəsiniz, dincələsiniz - mənim, Azərbaycanın cümhur başqanının qonağı kimi. Bu hədiyyəni də sənə təqdim edirəm. Sən ailə quracaqsan, sənə belə bir palaz lazımdır.

Heydər Əliyev müalicəsi uğurla başa çatan Нəmzə Düzdabanı təbrik edir: - Çox gözəl yeriyirsən. Təbrik edirəm.

Qəhrəmansan, qazisən. Amma həkimlər də gözəl həkimlərdir, müalicəni çox yaxşı aparıblar. Heç bir şey itirməmisən. Amma qazandığın odur ki, qazi olmusan. Sənin neçə yaşın var?

Həmzə Düzdaban: Cənab prezident, 21 yaşım vardır.

Heydər Əliyev: Nişanlın və ya gözaltın varmı?

Həmzə Düzdaban: Hələlik yoxdur.

Heydər Əliyev: İnşallah, olacaqdır. Gözəl oğlansan, qızlar səni sevəcəklər. Təbrik edirəm, sənə cansağlığı arzu edirəm, Allahdan şəfa diləyirəm. Arzu edirəm ki, həmişə qəhrəman olasan. Mənim hədiyyəmi də qəbul et.

Heydər Əliyev Bayram Solmaz ilə görüşür: - Sənin vəziyyətin necədir? Sən bir il orduda xidmət edərək qəhrəmanlıq göstərdin və qazi oldun. Bu, sənin gənc kimi öz vətəninə, torpağına nə qədər sədaqətli, bağlı olduğunu göstərir. Bu qəhrəmanlığına, mübarizliyinə görə səni təbrik edirəm. Ümid edirəm ki, müalicədən sonra уеnə də sırada olacaqsan, Türkiyənin inkişafı üçün уеnə də öz xidmətini göstərəcəksən. Səni də Azərbaycana dəvət edirəm. Qazilərin hamısına dedim,- çox məmnun olaram ki, gəlib orada istirahət edəsiniz, sizinlə orada bir daha görüşüm. Mənim bu hədiyyəmi də qəbul et. Mənim oğlum da səni təbrik edir.

Prezident Heydər Əliyev gənc əsgər Erol Çətinə müraciətlə: - Sən qəhrəmanlıq göstərib qazi olmusan. Bundan sonra orduda da xidmət edəcəksən, xalqına da xidmət edəcəksən. Səni bu xidmətlərinə görə, qəhrəmanlığına, qaziliyinə görə təbrik edirəm. Sənə cansağlığı arzulayır, Allahdan şəfa diləyirəm. Hələ gəncsən. Gələcək həyatında uğurlar diləyirəm. Səni Azərbaycana dəvət edirəm. Gəl, mənim qonağım ol, bir az istirahət et, oraları gör, tanış ol. Sənə bir hədiyyə verirəm. Bu, evində lazım olacaqdır.

Heydər Əliyev Yusif Aygünə yaxınlaşır: - Səni qəhrəmanlığına görə təbrik edirəm. Sən 20 yaşında qazi olmusan. Səni təbrik edirəm. Gənclər üçün çətinliklər keçicidir. Amma əsas qazilikdir, millətinə, xalqına xidmət etməkdir, qəhrəmanlıq göstərməkdir. Sən bunları etmisən. Çox gözəl oğlansan. Sənə gözəl həyat arzulayıram. Səni də Azərbaycana dəvət edirəm. Gəlin, mənim qonağım olun, istirahət edin. Bu hədiyyəmi də qəbul et.

Heydər Əliyev Tuncay Yalçına yaxınlaşır. - Mən səni təbrik edirəm. Qazi oldun, millətinə, xalqına xidmət etdin, yüksəldin. Bundan sonra da yüksələcəksən. Sənə gələcəkdə də uğurlar diləyirəm. Gəncsən, sənin həyatın hələ irəlidədir. Bu yolda sənə uğurlar arzulayıram. Səni də Azərbaycana dəvət edirəm. Gəl, mənim qonağım ol, orada dincəl. Mənim sənə hədiyyəm də var.

Heydər Əliyev daha sonra Ənvər Tuncla söhbət edir. - Sən çox gəncsən. Amma qazi oldun, qəhrəman oldun. Bu xoşbəxtlikdir, fədakarlıqdır. Səni qəhrəman, qazi olduğuna görə təbrik edirəm. Çətinliklər hamısı keçəcəkdir. Bunlar yaxşı həkimlərdir, mən bunları tanıyıram, hər şeyi çox gözəl bacarırlar. Sən уеnə də fiziki cəhətdən sağlam olacaqsan, xalqına, millətinə və Türkiyəyə xidmət edəcəksən. Bu xidmətlərinə, qaziliyinə görə sənə təşəkkür edirəm. Sənə uğurlar diləyirəm. Bu hədiyyəmi də qəbul et. Mənim oğlum da səninlə görüşmək istəyir.

Hacı Fındıqçı ilə tanış olan Heydər Əliyev soruşur:- Sənin neçə yaşın var?

Hacı Fındıqçı: Cənab prezident, 21 yaşım var.

Heydər Əliyev: Çox gözəl bir gəncsən. Amma ən gözəli odur ki, qazi olmusan. Millətin, cümhuriyyətin, xalqın yolunda vuruşmusan, qəhrəmanlıq göstərmisən. Bu, insanın ən böyük gözəlliyidir, ən böyük bəxtiyarlığı, xoşbəxtliyidir. Mən səni bu xidmətlərinə, qəhrəmanlığına görə təbrik edirəm. Həkimlərin dedikləri ilə şərikəm ki, hər şey düzələcək və sən уеnə də yeriyəcəksən, həyatını davam etdirəcəksən. Səni Azərbaycana dəvət edirəm. Gəl, orada mənim qonağım ol, dincəl, Azərbaycanı gör.

Hacı Fındıqçı: İnşallah, gələcəyəm.

Heydər Əliyev: Gözləyəcəyəm. Sənə hədiyyəm də var, bunu qəbul et. Sənə Allahdan şəfa diləyirəm. Bu da mənim oğlumdur.

Heydər Əliyev yaralı gənc Murat Gökgözün müalicəsi ilə maraqlanır: - İndi necə yeriyirsən?

Murat Gökgöz: Hörmətli cümhur başqanım, yaxşı.

Heydər Əliyev: Çox gözəl. Sən qəhrəmansan, qazisən. Gənc qazi olmaq böyük fədakarlıqdır. Həkimlər hər şeyi ediblər - sən уеnə də işləyəcəksən, уеriуəсəksən, vuruşacaqsan, həyatda çox böyük müvəffəqiyyətlər qazanacaqsan. Səni qəhrəmanlığına, qaziliyinə görə təbrik edirəm və sənə uğurlar arzulayır, Allahdan şəfa diləyirəm. Bütün qazilər kimi, səni də Azərbaycana dəvət edirəm. Gəlin, orada istirahət edin, mənim qonağım olun. Rica edirəm bu hədiyyəmi qəbul edəsən.

Heydər Əliyev gənc əsgər Bayram Qavabiyikə yaxınlaşır: - sənin neçə yaşın var?

Bayram Qarabiyik: 22 yaşım var.

Heydər Əliyev: Çox gözəl yaşdır. Amma bu yaşda qazi olmaq hər adama nəsib olmur. Yaşından çox-çox yüksəksən. Millətinə, Türkiyəyə xidmət etmisən. Çətinliklər hamısı keçib gedəcəkdir. Нəкimlər də hər şeyi edirlər və edəcəklər ki, sən уеriуəsən. Amma qazilik sənin üçün bəxtiyarlıqdır. Sənin baban, nənən, atan, anan üçün, qohumların üçün bəxtiyarlıqdır. Bizim üçün də çox önəmlidir. Səni təbrik edirəm, uğurlar arzulayıram və Azərbaycana dəvət edirəm. Gəl, Azərbaycanda mənim qonağım ol, istirahət et. Bu hədiyyəmi də qəbul et.

Heydər Əliyev burada müalicə olunan Ergün Buluta müraciət edir: - Sən gənc türk oğlu, gənc türk əsgəri, qazi olmusan, yüksəklərə qalxmısan. Bu, ən böyük şərəfdir. Biz də belə insanları yüksək qiymətləndiririk və belə insanlarla həmişə iftixar edirik, qürur duyuruq. Sizin kimi gənclər ölkələri, xüsusən Türkiyə Cümhuriyyətini, Atatürk Cümhuriyyətini yaşadıb və yaşadacaqlar. Mustafa Kamal Atatürk Türkiyəni gənclərə əmanət edibdir. Siz də onun yolu ilə gedirsiniz və sədaqətlə xidmət edirsiniz. Bu, çox gözəl işdir. Bu, təkcə sənin üçün yox, bütün türk xalqı üçün şərəfdir. Sənə Allahdan şəfa diləyirəm. Səni Azərbaycana dəvət edirəm. Gəl, qonağım ol, istirahət et. Ümid edirəm ki, sən bundan sonra xalqın üçün yenə də faydalı olacaqsan. Mənim bu hədiyyəmi də qəbul et.

Ergün Bulut: Сох təşəkkür edirəm, hörmətli cümhur başqanım. Bizə böyük şərəf, ruh verdiniz.

Heydər Əliyev Yılmaz Boz və söhbət edir: - Sənin nişanlın, gözaltın varmı?

Yılmаz Воz: Сənаb prezident, vardır.

Heydər Əliyev: Belə gözəl oğlanın dalınca qızlar çox gəzir - biri də, ikisi də, üçü də. Sən ən yaxşısını seçməlisən. Sən xalqına, millətinə, cümhuriyyətinə sədaqətli olduğun kimi, nişanlın da gərək sənə sədaqətli olsun. Mən bunu arzu edirəm. Qazi olmağına görə təbrik edirəm. Sənə gələcəkdə sağlamlıq diləyir və xoşbəxt, bəxtiyar həyat arzulayıram. Bir daha təbrik edirəm. Bu hədiyyəni də qəbul et. Sənə Allahdan şəfa diləyirəm.

Heydər Əliyev Mömin Özcana yaxınlaşır: - Sənin müalicənin uğurla getməsindən məmnun olduğumu bildirirəm. Dörd gün içərisində artıq yeriyirsən. Səni qazi olduğuna, qəhrəmanlıq göstərdiyinə görə təbrik edirəm. Xalqına, millətinə, Türkiyəyə sədaqətlə xidmət etdiyinə görə təbrik edirəm. Sizin kimi insanlar bizim hamımızın iftixarıdır, qürurudur. Sən bundan sonra da Türkiyəyə, xalqına, öz millətinə çox faydalı olacaqsan, ümid edirəm ki, çox xeyir verəcəksən. Səni Azərbaycana dəvət edirəm. Gəl, mənim qonağım ol, Azərbaycanı gör. Sənə Allahdan şəfa diləyirəm. Bu hədiyyəmi də qəbul et.

Heydər Əliyev eyni palatada müalicə olunan Türkər Təmiz Kərim Arslana yaxınlaşır. - Allah şəfa versin! İnşallah, yeriyəcəksiniz. Sizi qazi olduğunuza görə təbrik edirəm. Bundan sonra da uğurlar diləyirəm və sizi Azərbaycana dəvət edirəm. Mənim yanıma gəlin, orada qonağım olun. Bu hədiyyələrimi də qəbul edin.

Heydər Əliyev Gültəkin Orana Bülənd Çakirə yaxınlaşır: - Sizə də cansağlığı arzulayıram. Sizi də qazi olduğunuza görə təbrik edirəm. İtkilərinizə görə sıxılmayın. Çünki bu gözəl həkimlər hər bir şeyi yaradırlar. Sizin üçün ən önəmli odur ki, öz millətinizin, öz xalqınızın yolunda zərər çəkmisiniz, Amma qazi olmusunuz, yüksəlmisiniz. Həmişə yüksələsiniz! İnsan üçün bu, hər şeydən ucadır. Sizi təbrik edirəm və Azərbaycana dəvət edirəm. Gəlin, Azərbaycanda mənim qonağım olun. Sənə uğurlar diləyirəm və hədiyyələrimi qəbul edin.

Heydər Əliyev Məsud Aksoya müraciət edir: - Sənə gələcək həyatında uğurlar arzulayıram. İnşallah, hər şey yaxşı olacaqdır. Səni qazi olduğuna görə, qəhrəmanlıq göstərdiyinə görə, millətinə, xalqına sədaqətlə xidmət etdiyinə görə təbrik edirəm. Sənə Allahdan şəfa diləyirəm. Sənə Azərbaycana dəvət edirəm. Gəl, mənim qonağım ol. Mənim bir hədiyyəm var, onu qəbul et.

Heydər Əliyev Alparslan Dağ ilə görüşür. - Çox gözəl ismin vardır, tarixi bir addır. Həmişə Alparslan olacaqsan. Sənə qazi olduğuna, göstərdiyin xidmətlərə görə təbrik edirəm. Dərin təşəkkürümü bildirirəm və səni Azərbaycana dəvət edirəm. Sənə uğurlar arzulayıram.

İbrahim Dəmirçi: Cənab prezident, mən sağaldıqdan sonra yenidən orduya getmək istədiyimi bildirirəm.

Heydər Əliyev: Sən уеnə də ayaq üstə duracaqsan, уеnə də xalqına xidmət göstərəcəksən. Səni Azərbaycana dəvət edirəm. Gəl, qonağımız ol. Mənim bu hədiyyəmi də qəbul et.

Heydər Əliyev Çingiz Avkana yaxınlaşır: - Səni qazi olduğuna, qəhrəman olduğuna, xalqına, millətinə çox sədaqətlə xidmət etdiyinə görə təbrik edirəm. Həkimlər hamısını müalicə edəcəklər və sən уеnə də sırada olacaqsan. Mən səni Azərbaycana dəvət edirəm. Gəl, mənim qonağım ol, Azərbayanı gör. Мən səninlə fəxr edirəm. Mənim hədiyyəm də var, bunu qəbul et.

Heydər Əliyev gənc zabit Hacı İşçi ilə görüşür. - Səni xoş gördük. Darıxma, protezə alışacaqsan. Bundan sonra heç nə hiss etməyəcəksən. Çox gözəl də adın var. Neçə yaşın var?

Hасı İşçi: Hörmətli cümhur başqanım, mənim 21 yaşım var. Sizə çox təşəkkür edirəm. Bizi yad etdiniz.

Heydər Əliyev: 21 yaşında qazi oldun. Təbrik edirəm. Qəhrəmansan, xalqına xidmət etmisən. Xalq da bunu həmişə qiymətləndirəcəkdir, sizi həmişə sevəcəkdir. Мən sənə uğurlar diləyirəm, səni Azərbaycana dəvət edirəm. Gəl, mənim qonağım ol.

Heydər Əliyev gənc əsgər Camal Pektaşa yaxınlaşır. - Сох gözəl adın vardır. Bunların hamısı keçib gedəcəkdir. Amma ən önəmlisi odur ki, sən qazi oldun. Səni qazi olduğuna, qəhrəman olduğuna, millətinə xalqına sədaqətlə xidmət etdiyinə görə təbrik edirəm. Səni Azərbaycana dəvət edirəm. Gəl, mənim qonağım ol. Ümid edirəm ki, sən gələcəkdə də türk xalqına faydalı olacaqsan. Mənim hədiyyəm də vardır, onu qəbul et.

* * *

Heydər Əliyevin mətbuat nümayəndələrri qarşısında bəyanatı

Gün aydın, hörmətli mətbuat nümayəndələri!

Siz bilirsiniz ki, mən bu gün üçüncü gündür ki, Türkiyədəyəm. Мənim dünənki proqramım sizə məlumdur, bu barədə bir şey demək istəyirəm. Ancaq bir daha onu demək istəyirəm ki, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan Веуnəlxalq Sülh Mükafatının mənə verilmsi haqqında qərar və dünən Türkiyənin Çankaya köşkündə, cümhurbaşqanının köşkündə təntənəli şəkildə, Türkiyənin dövlət, hökumət başçılarının, ordu generalları, millət vəkilləri ictimaisiyasi xadimləri, elm, mədəniyyət xadimlərinin, уəni Türkiyənin ən qaymağı hesab olunan insanların hüzurunda bu mükafatın mənə verilməsi mənim üçün böyük tarixi hadisədir. Мən bunu ömrümün sonuna qədər unutmayacağam. Bir ona görə yox ki, mən mükafat aldım. Ona görə ki, mən Türkiyə Cümhuriyyətinin mükafatını aldım. Türkiyə Cümhuriyyətinin mükafatını almaq mənim üçün böyük şərəfdir.

Mən Mustafa Kamal Atatürk mükafatı aldım. Bu, mənim üçün ən böyük şərəfdir. Mən Beynəlxalq Sülh Mükafatı aldım. İndi, dəyişən dünyada gedən savaşlar, münaqişələr olduğu bir zamanda, Azərbaycan özü də 1988-ci ildən Ermənistan təcavüzü nəticəsində müharibə, savaş içində olduğu bir zamanda mənim barış, sülh sahəsində gördüyüm işlərə verilən bu уüksək qiymət məni çox sevindirir. Bu da mənim üçün çox qiymətlidir. Мən bu barədə öz fikirlərimi, sözlərimi dünən Çankaya köşkündə söylədim. Amma bu gün bir daha, bir daha təşəkkürümü bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, mənə verilən bu mükafat bütün Azərbaycan xalqına verilən mükafatdır. Azərbaycanın müstəqilliyinə, Azərbaycanın dövlətçiliyinə, Azərbaycanın bu gününə və gələcəyinə verilən mükafatdır. Türkiyə Azərbaycanın ən yaxın dostu, qardaşıdır. Bizim üçün Türkiyədən yaxın bir ölkə yoxdur. Türkiyənin Azərbaycana hər vaxt dost, qardaşlıq münasibətini biz hiss etmişik və hər gün də hiss edirik. Bu mükafatın verilməsi bir daha Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının rəmzidir. Bizim xalqımız, Azərbaycanın vətəndaşları, millətimiz bunu yüksək qiymətləndirirlər və mənim kimi, Türkiyə Cümhuriyyətinə hədsiz minnətdarlıqlarını bildirirlər. Мən bu gün Gülhanə xəstəxanasına gəlmişəm. Burada müalicə olunan qazilərlə görüşdüm. Bu, mənim borcumdur. Yəni bu, mənim qəlbimin içindən gələn istəklərdir. Türkiyə Cümhuriyyəti yaşamalı, qorunmalı - həm xarici düşmənlərdən, həm də daxili düşmənlərdən qorunmalıdır. Terroristlərdən, PKK-çılardan, digərlərindən qorunmalıdır. 76 ildir yaşayan Türkiyə Cümhuriyyəti dəfələrlə belə hadisələrlə rastlaşmış və böyük sınaqlardan uğurla çıxmış, qəhrəmanlıqla çıxmışdır. Son zamanlar Türkiyəni parçalamaq istəyən, Türkiyəni dağıtmaq istəyən bəzi qüvvələr Türkiyədə terrorist hərəkatına başlamışlar. Türkiyənin dövləti, hökuməti və çox qüdrətli, güclü ordusu türk xalqını, Türkiyə Cümhuriyyətini qoruyaraq, müdafiə edərək bu terroristlərin qarşısını almışdır. Bu terroristlərin qarşısını almaq yolunda insanlar şəhid olmuşlar. О şəhidlərin hamısına bu gün Allahdan rəhmət diləyirəm.

İnsanların bir qismi yara almış, vücudunun bir qismini itirmiş, ancaq ruhunu, yəni dövlətə, xalqına məhəbbətini, sevgisini heç vaxt itirməmişlər. Onlar qazi olmuşlar. Onlar mənən yüksəlmişlər. Onlar Türkiyənin gəncləri olaraq türk gənclərinin, türk əsgərinin, türk ordusunun nə qədər qüdrətli, nə qədər qəhrəman, nə qədər cəsarətli olduğunu bir daha nümayiş etdirmişlər. Ona görə bu qazilər türk xalqı üçün əziz olduğu kimi, Azərbaycan xalqı üçün, Azərbaycan prezidenti kimi mənim üçün də çox əzizdir. Мən bu gün onları ziyarət etdim, onlarla söhbət etdim, onlara ürək-dirək verdim уə onların hamısını Azərbaycana dəvət etdim. Gəlsinlər Azərbaycanda mənim qonağım olsunlar. Gəlib Azərbaycanı öz gözləri ilə görsünlər.

Mənim bu günüm böyük öndər Mustafa Kamal Atatürkün məqbərəsini, yəni qəbrini ziyarətlə başlandı. Мən 1992-ci ildən Türkiyəyə gəlirəm və hər dəfə Türkiyəyə gəldiyim zaman mənim müqəddəs vəzifəm böyük öndər Atatürkün qəbrini, onun məqbərəsini ziyarət etməkdir, onun böyük şəxsiyyəti qarşısında baş əyməkdir, onun gördüyü işlərin və yaratdığı Cümhuriyyətin əbədiyyətə qədər olacağına inamımı bildirməkdir. Mən bu gün oraya getdim, böyük öndərin qəbri qarşısında bir daha baş əydim, ürəк sözlərimi kitaba yazdım. Ən önəmlisi bir də odur ki, Azərbaycan torpağı gətirdim, Mustafa Kamal Atatürkün qəbrinin, məzarının yanına qoydum. Biz bilirdik ki, Türkiyənin hər bir diyarından, hər bir vilayətindən torpaq gətirirlər və böyük Mustafa Kamal Atatürkə hörmət və ehtiram rəmzi olaraq о torpağı qəbrin yanına qoyurlar. Bu, həqiqətən çox böyük bir hadisədir. Bu, xalqın Mustafa Kamal Atatürkə, onun qoyduğu yola, onun irsinə, onun mirasına daim sədaqətli olduğunu bir daha göstərir. İlk dəfə olaraq Türkiyənin xaricindən, xarici ölkədən - yalnız Azərbaycandan torpaq gətirildi уə о torpağı mən şəxsən Mustafa Kamal Atatürkün qəbrinin yanına, böyük Türkiyənin bütün diyarlarından gətirilmiş torpaqlarla bir sırada qoydum. Bu, bizim üçün tarixi hadisədir. Çünki ilk dəfədir ki, Türkiyənin xaricindən buraya torpaq gətirilir. Eyni zamanda bu onu göstərir ki, Türkiyənin bütün torpaqları kimi, bütün vilayətləri kimi, bütün diyarları kimi, Azərbaycan Türkiyənin ilə bağlıdır və Mustafa Kamal Atatürkü özünün öndəri, özünün qəhrəmanı, özünün müdrik şəxsiyyəti hesab edir.

Мən bu gün çox məmnunam ki, bu işləri görə bilmişəm və Cülhanədə mənim bugünkü görüşüm bu işlərimə son qoyur. Bir neçə saatdan sonra Baş nazir, hörmətli Bülənd Ecevit ilə görüşüb ondan sonra Azərbaycana qayıdacağam. Bu ziyarətimdən, bu səfərimdən çox məmnunam. Mənə göstərilən hörmət, ehtirama görə, mənə göstərilən bu isti münasibətə görə Türkiyə dövlətinə, Türkiyə hökumətinə, türk xalqına, əziz dostum, qardaşım, Türkiyə Cümhuriyyətinin cümhur başqanı, prezident Süleyman Dəmirələ bir daha, bir daha təşəkkür edirəm.

Sağ olun.

* * *

Heydər Əliyevin Cülhanə Hərbi Tibb Akademiyasının rəhbər heyəti ilə görüşü: Mən Cülhanadə bir daha olmağımdan məmnunam. Yanvar ayından indiyə qədər çox aylar keçibdir. Ancaq mənə burada göstərilən xidmətləri, aparılan müayinə və müalicəni heç vaxt unutmayacağam və bu da davam edir. Çünki hörmətli Ertən Paşa daim mənimlə bərabərdir. Onun həkimliyi sayəsində də mənim Amerika Birləşmiş Ştatlarında hadisə baş verən kimi Klivlendə getməyim və orada cərrahiyyə əməliyyatı keçirməyim mümkün olmuşdu. Ona görə yanvar ayında başladığımız işlər sonra davam etdi. Mən bunların hamısına görə Gülhаnəуə çox təşəkkür edirəm. Sizin hamınıza təşəkkür edirəm və çox məmnunam.

Mən sizin vaxtınızı çox almaq istəmirəm. Ancaq mən Gülhanədə olandan sonra, buradan gedəndən sonra bizim xalqımızda Gülhanəyə çox böyük məhəbbət yaranmışdır. Еrtən Paşa görmüşdü ki, mən buradan qayıdanda xalq məni nə qədər böyük məhəbbətlə qarşıladı. Ona görə də bizim oradakı rəssamlar sizin şəklinizi götürüb xalça, xalı üzərində böyük bir portretinizi yaratmışlar. Mən bunu sizə təqdim еtmək istəyirəm.

Çətin Harmankaya: Hörmətli cümhur başqanım, Sizə dərin minnətdarlığımı bildirirəm. Bizə çox böyük şərəf verdiniz. Çox gözəl bir hədiyyədir. Cümhur başqanı olaraq, sağlamlığına qovuşmuş bir cümhur başqanı olaraq zati-alilərinə akademiyamız adından bir хаtirə hədiyyəsi vermək istəyirəm. Xahiş edirəm, qəbul edəsiniz. Sağ olun.