Əlahəzrət!
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və dost Oman xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bütün sahələrdə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.