Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri zati-aliləri cənab Berij Belkiçə - Bakı şəhəri, 25 fevral 2002-ci il


Hörmətli cənab prezident!

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün Bosniya və Herseqovina xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında genişlənməkdə olan dostluq və əməkdaşlıq əlaqələri daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 mart 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa