"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk sülh mükafatının təqdim olunması mərasimində nitqi (1 noyabr 1999-cu il)" sənədinə tarixi arayış


 Atatürk Beynəlxalq Sülh Mükafatı 1986-cı ildən təqdim edilən və dünyada sülhə töhfə vermiş insanlara verilən Türkiyənin Dövlət mükafatıdır.

Qafqazda və bölgədə sülh uğrunda apardığı məqsədyönlü fəaliyyətinə görə Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülüb. Təqdim edilmə mərasimi 1 noyabr 1999-cu ildə Ankarada keçirilib. Türkiyə Prezidenti Süleyman Dəmirəl mükafatı, onun nişanını və diplomunu Heydər Əliyevə təqdim edib, böyük təbrik nitqi söyləyib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.146