Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin sədri zati-aliləri Ömər İzgiyə təbriki - Bakı şəhəri, 23 oktyabr 2001-ci il


Hörmətli cənab sədr!

Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və Türkiyə Böyük Millət Məclisinin bütün üzvlərini ürəkdən təbrik edirəm.

Qardaş Türkiyənin dövlətçiliyin möhkəmləndirilməsi, demokratik, dünyəvi, hüquqi cəmiyyət quruculuğu sahəsindəki uğurları, beynəlxalq aləmdə layiqli yer tutması bizi qəlbən sevindirir. Əminəm ki, bir-biri ilə qırılmaz tellərlə bağlı olan Türkiyə ilə Azərbaycan arasındakı möhkəm dostluq, qarşılıqlı anlaşma və inam daim möhkəmlənəcək və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.