Dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına müraciət - 4 oktyabr 1994-cü il


Hörmətli cənablar!

Demokratik, hüquqi dövlət quran, bütün dünya ilə açıq siyasət yeridən Azərbaycan Respublikası təhlükədədir. Birbaşa xaricdən yönəldilən qüvvələr zor işlədərək silahlı qiyam yolu ilə dövlət çevrilişi etməyə cəhd göstərirlər.

Mən Azərbaycan Respublikasının prezidenti kimi xalqıma, onun öz dövlətçiliyini, müstəqillik və azadlığını müdafiə etməyə yönəlmiş möhkəm qətiyyətinə arxalanaraq onun iradəsini yerinə yetirmək üçün bütün zəruri tədbirləri həyata keçirirəm.

Bu çətin dəqiqələrdə mən sizə müraciət edərək hamınızı Azərbaycanın qanuni rəhbərliyini, onun xalqının müstəqillik və suverenliyini qorumaq, zorakılıq və irticanın təntənəsinə yol verməmək naminə bütün imkanlarınızdan istifadə etməyə çağırıram.

Heydər Əliyеv,
Azərbaycan Respublikasının Prezidenti.