Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin sədri zati-aliləri cənab Ömər İzqiyə təbriki - Bakı şəhəri, 19 oktyabr 2000-ci il


Hörmətli cənab sədr!

Türkiyə Böyük Millət Məclisinin sədri seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Türkiyə arasında dərin tarixi kökləri olan dostluq və qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti