Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birinci Azərbaycan Beynəlxalq "Xəzərneftqaz-94" Konfransının iştirakçılarına təbriki - Bakı şəhəri, 19 sentyabr 1994-cü il


Dəniz neft yataqlarının işlənməsi problemlərinə həsr olunmuş "Xəzərneftqaz - 94" Beynəlxalq Konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır və konfransın işində onlara uğurlar diləyirəm.

Əminəm ki, dünya elmininin nailiyyətlərini və texniki yeniliklərini aşkar etməyə imkan verən konfrans müxtəlif ölkə alimlərinin birlik və həmrəyliyinin nümayişinə çevriləcək, Xəzərin neft və qaz sənayesi problemlərinin həllini təmin etməyə xidmət edəcəkdir. Bütün konfrans iştirakçılarına bu nəcib işdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Yeni texnologiyaların tətbiqi