"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Putinin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə Heydər Əliyevin bəyanatı (25 yanvar 2002-ci il)" sənədinə tarixi arayış


24-26 yanvar 2002-ci il tarixdə Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvətilə Rusiyada dövlət səfərində olub.

Rusiyanın dövlət və hökumət nümayəndələri, media mənsubları ilə 12 görüşün keçirildiyi səfər dövründə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Heydər Əliyev birgə bəyanat,
iki ölkə arasında 2010-cu ilədək olan dövr üçün uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Rusiya və Azərbaycan nümayəndə heyətlərinin üzvləri tərəfindən Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında, istehsal kooperasiyası haqqında, vergi qanunvericiliyinin pozulması sahəsində mübarizədə əməkdaşlıq və informasiya mübadiləsi haqqında, sərhəd nümayəndələrinin fəaliyyəti haqqında sazişlər imzalanıb.

Səfər və onun nəticələri iki ölkə arasında diplomatik münasibətlərin 10 ili ərzində ən böyük hadisə olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.201