Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Niderland Krallığının Baş naziri zati-aliləri cənab Bim Koka təbriki - Bakı şəhəri, 26 aprel 2002-ci il


Hörmətli cənab Baş nazir!

Niderland Krallığının milli bayramı - Kraliça Günü münasibəti ilə Sizi və bütün Niderland xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Niderland arasında yaranan dostluq münasibətləri ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlıq imkanlarını daha da artıracaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa