Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Niger Respublikasının Prezidenti zati-aliləri cənab Mamadu Tancaya təbriki - Bakı şəhəri, 15 dekabr 2001-ci il


Hörmətli cənab Prezident!

Niger Respublikasının mili bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və dost Niger xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Niger Respublikası arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış