Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankaradakı "Anıtkabir" məqbərəsində Türkiyə Cümhuriyyətinin banisi, görkəmli siyasi və ictimai xadim Mustafa Kamal Atatürkün məzarını ziyarət etdikdən sonra xatirə kitabına yazdığı ürək sözləri - 2  noyabr 1999-cu il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev məqbərənin önünə əklil qoydu,  Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad etdi. 

Prezident Heydər Əliyev məqbərə kompleksinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

Mustafa Kamal Atatürk bəşər tarixinin XX əsrinin ən böyük şəxsiyyətlərindəndir. İstiqlal savaşına başçılıq edərək qalib gəlib Türkiyə Cümhuriyyətini yaratmaqla o, türk xalqına böyük yol açmış, Türkiyə Atatürk ideyalarına sadiq olaraq 76 ildir ki, bu yol ilə gedir və böyük nailiyyətlər əldə etmişdir. Qardaş Azərbaycan xalqı Atatürkün şəxsiyyətinə, onun ideyalarına, onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Atatürkün dahiliyi, müdrikliyi bizim üçün ilham mənbəyidir. Bugün mən böyük öndər Mustafa Kamal Atatürkün qəbrini böyük qürur hissi ilə ziyarət edirəm.  Mənə böyük Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı təqdim olunubdur. Bu mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bundan fəxr edirəm. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq olacağam. Əminəmki, Atatürk Türkiyəsi əbədiyyətə qədər uğurla yaşayacaqdır. Bir daha Allahdan rəhmət diləyirəm.    

Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev

2 noyabr 1999-cu il”

Oçerklər

Ümumi tarixi arayış

Azərbaycan - Türk dünyası

Tarixi arayış

Azərbaycan - Türk dünyası

Əlavə sənədlər

XARİCİ SİYASƏT