Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı cənab Hilmi Özkökə - Bakı şəhəri, 5 avqust 2002-ci il


Hörmətli Hilmi Özkök!

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, bu yüksək vəzifədə fəaliyyətiniz dövründə dost və qardaş ölkələrimiz arasında hərbi əməkdaşlıq sahəsində yeni-yeni nailiyyətlər əldə edəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 avqust 2002-ci il.