Jan Lük Dean (1940-2014), Belçika Krallığının keçmiş Baş naziri (1992-1999)


Prezident Heydər Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi islahatların həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətlər Belçikada rəğbətlə qarşılanır. Məhz Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya birliyində layiqli yer tutması, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlədilməsinə dair dünyanın bir çox nüfuzlu şirkətləri ilə müqavilələr imzalaması Azərbaycanın müstəqilliyinin əbədi olmasına böyük təminat yaradır. Prezident Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan regionda açar rolu oynayan ölkəyə çevrilmişdir və Belçika Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. Prezident Əliyevin apardığı ağıllı, düşünülmüş siyasət və ölkədə yaradılmış şərait nəticəsində xarici şirkətlər, o cümlədən Belçika şirkətləri Azərbaycana marağı gündən günə artırırlar. 

«Dünyanı heyran qoyan insan» (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.137.